Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Bu material Amerika psixoloqlarının ən son araşdırmalarına əsaslanır. Tədqiqatçılar Riçard Klark və Bror Saksberq belə bir sualla müraciət ediblər: “Niyə ən loyal işçilər belə motivasiyanı itirirlər?”.

Söhbət nə pul bonuslarından və nə də karyera yüksəlişindən gedir. Sən demə, bunun 4 səbəbi var və onlar barədə öncədən bilmək lazımdır ki, sonra tələyə düşməyəsən.

Komanda layihələrinin uğurlarının 40 faizi iştirakçıların motivasiyasından asılıdır. Bununla birlikdə, menecerlər çox vaxt dağları yerindən oynatmaq istəyi ilə alışıb-yanmayan işçiləri təsirli bir şəkildə necə stimullaşdıracaqlarını bilmirlər. Psixoloji araşdırmaların nəzərdən keçirilməsi göstərir ki, aşağı motivasiyanın səbəblərini aşkara çıxarmaqdan başlamaq lazımdır və sonra onu artıq “ruhlandırıcı taktika” ilə  işçiyə tətbiq etmək lazımdır. Məsələn, bir insanı əgər, o, sadəcə istənilən nəticəyə nail ola bilməyəcəyinə əmindirsə, daha səylə işləməsini xahiş etmək məntiqli deyil. Motivasiyanın olmamasının səbəbləri dörd kateqoriyaya bölünür, onları ətraflı nəzərdən keçirək.

1-ci səbəb. Dəyərlərin uyğunsuzluğu: “Bunun mənə nə istisi, nə də soyuğu var”.

Əgər iş tapşırığı şəxsən icraçının özü üçün nəsə mühüm bir şeylə əlaqəli deyilsə və onun öz şəxsi məqsədlərinə çatmasına xidmət etmirsə, əməkdaşlar belə bir tələyə düşürlər. Komandanızın hər bir üzvü üçün subyektiv əhəmiyyətə malik olanları aydınlaşdırın və bunun üzərinə oynamağa çalışın. Çox vaxt rəhbərlik özləri üçün vacib olan stimulların, tabeliyində olanlar üçün də əhəmiyyətli olduğunu düşünürlər. Hər şeyi özünüzlə ölçməyin, ən yaxşısı adamlarla söhbət edin və onların nəyə can atdıqlarını soruşun.

Fərdi motivasiyanın əsasını təşkil edə biləcək dəyərlər az deyil. Məsələn, intellektual bir problemlə alovlanan insanlar var. Onlardan ötrü ilk növbədə mühüm olan tapşırığın maraqlı olmasıdır. Digərləri, vəzifəni yerinə yetirmək üçün tələb olunan bacarıq və səlahiyyətlərin öz təsəvvürlərinə uyğun olmasını, öz fərdiliklərinə zidd olmamasını və özünəhörmətin artırılmasına kömək etməsini istəyirlər. Belə insanlarla ünsiyyət zamanı həmişə vurğulayın ki, yeni tapşırığın yerinə yetirilməsi onların ən yaxşı keyfiyyətlərinin (məsələn, analitik qabiliyyət və ya stress vəziyyətində məhsuldarlığı saxlamaq imkanı) təzahürünü tələb edəcək. Müraciət etdiyiniz keyfiyyətlərin insanın özü tərəfindən şəxsiyyətlərinin vacib bir hissəsi kimi qəbul edilməsi və onların sayəsində kollektivdə istədiyi rolu oynaya biləcəyinə inanması vacibdir.

Miqyas. Bir çox əməkdaşlar böyük və vacib bir işə cəlb olunmaqla motivasiya olunurlar. Söhbət zamanı onların ümumi işə töhfələrinin nə qədər vacib olduğunu vurğulayın.

Uğur ehtimalı. Uğursuzluqlardan yayınmaq insanlara xasdır. Əgər icraçılar uğursuzluq ehtimalının müvəffəqiyyət ehtimalından daha yüksək olduğunu düşünürlərsə, əlləri əvvəldən yanlarına düşəcək. Hər bir kiçik tapşırığı yerinə yetirməyin daha böyük hədəflərə çatmağa necə töhfə verdiyini və uzun müddətdə uğursuzluğun qarşısını aldığını ona göstərmək üçün bir yol tapın. Tabeçiliyinizdə olanları cəsarətləndirmək üçün onlara gələcək faydaları izah edin.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email