Sığorta vasitəçisi olan iri və orta sahibkarlıq subyektləri auditdən keçməli olacaq

posted in: Xəbər | 0

Prezident İlham Əliyev Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər iri və orta sahibkarlıq subyektləridirsə, onların maliyyə hesabatlarını müstəqil auditor yoxlamalıdır.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət satınalmalarında ödəmələrlə bağlı tələbləri pozanlar cərimə ödəyəcək

posted in: Xəbər | 0

inzibati xətalar, İnzibati Xətalar Məcəlləsində dəyişiklik İnzibati Xətalar MəcəlləsiPrezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən, “Dövlət satınalmaları haqqında” qanunda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə vəzifəli şəxslər 3-6 min manat cərimə edilir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlandı

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan əmək müqavilələrinin (1,7 milyonadək müqavilə) ən çox hissəsi (28,1%-i və ya 464,3 mini) 31-40 yaşlarında olan şəxslərlə bağlanıb.

E-sistemdəki əmək müqaviləsi bildirişlərinin 20,3%-i 41-50 yaşlarında, 20,1%-i 51-60 yaşlarında, 20%-i 21-30 yaşlarında, 9,7%-i isə 61-70 yaşlarında  olan işçilərə aiddir.

Həmçinin e-sistemdə 143 nəfər 16 yaşa qədər, 1260 nəfər isə 80 yaşdan yuxarı olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.

Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Nazirlik yanında yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirilir və 15 yaşına çatmamış şəxslərlə əmək müqavilələri bağlanmasına yol verilmir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən isə onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müəssisələrdə POS-terminal quraşdırılması hansı hallarda məcburidir?

posted in: Xəbər | 0

ƏDV tutulan əməliyyat, POS-terminal ilə satış,Azərbaycan qanunvericiliyində POS-terminal quraşdırmağın bütün təsərrüfat subyektləri üçün icbari xarakter daşımaması vergi ödəyiciləri arasında müəyyən suallar yaradır. Bu sullara mühasibat mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Bəzi həmkarlarımız bu maddəni əsas gətirərək yanlış olaraq qeyd olunan vəzifənin hər kəsə şamil edildiyini və POS-terminal quraşdırmamağın qanun pozuntusu olduğunu hesab edirlər. Lakin nəzərə almaq lazımdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə görə, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminal quraşdırılmalıdır. POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

Bu meyarlara əsasən, bir sıra vergi ödəyiciləri üçün POS-terminal quraşdırmaq qanunvericiliyin mütləq tələbidir. POS-terminalların məcburi quraşdırılacağı obyektlər aşağıdakılardır:

1. Dövriyyəsindən və ərazisindən asılı olmayaraq əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);

2. Dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);

3. Rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);

4. Hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);

5. Vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq).

Əgər hər hansı müəssisə, eləcə də hazırlıq kursu və ya digər özəl təhsil qurumu ƏDV məqsədləri üçün qeydiyyatdan keçibsə və ya orta rüblük dövriyyəsi 2000 manatdan artdıqdırsa, orada POS-terminalın quraşdırılması zəruridir.

Operativ vergi nəzarəti zamanı POS-terminalın quraşdırılmaması üzə çıxarsa, Məcəllənin 58.7-ci maddəsinə uyğun olaraq həmin müəssisəyə maliyyə sanksiyası tətbiq edilə bilər. Bütün digər hallarda və siyahıda meyarlara uyğun gəlməyən digər vergi ödəyiciləri üçün POS-terminal quraşdırmaq könüllü xarakterlidir.

Lakin əhaliyə mal satan və ya xidmət göstərən vergi ödəyiciləri yaxşı olar ki, qanunla məcburi olmayan hallarda belə fəaliyyət göstərdikləri obyektlərdə POS-terminalların quraşdırılmasını təmin etsinlər. Bu həm müştəri məmnuniyyəti ilə nəticələnəcək, həm də nağdsız dövriyyələr üzrə Vergi Məcəlləsinin 102.1.24, 106.9 və 218-1.2-ci maddələrinə uyğun olaraq onlara güzəşt əldə etmək imkanı qazandıracaq.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 944 945 946 947 948 949 950 2. 705