Nağdsız əməliyyatlarla bağlı qanuna əməl etmədikdə hansı maliyyə sanksiyaları tətbiq olunur?

posted in: Xəbər | 0
birbank biznes

Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Nağdsız ödənişlərlə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərin yerinə yetirilməməsi bəzən vergi ödəyicilərinə düşündüklərindən baha başa gəlir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, blankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Maliyyə sanksiyalarının məbləği belə müəyyənləşib:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində.

Misal 1: Xidmət fəaliyyəti həyata keçirən vergi ödəyicisi xarici dil kursuna görə vətəndaşdan aldığı 120 manat vəsaitə özünün hazırladığı, yəni ciddi hesabat blankı olmayan mədaxil sənədi təqdim edir. Vergi orqanının vergi nəzarəti tədbirləri zamanı bu cür hallar aşkar edilərsə, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyası hesablanır.

Misal 2: Vergi orqanının nəzarət tədbirləri zamanı müəyyən olunur ki, vergi ödəyicisində obyektiv səbəblərdən (internet və ya elektrik kəsilməsi və sair) nəzarət-kassa aparatından istifadə dayandırılıb. Vergi orqanı vergi ödəyicisinin nəzarət-kassa aparatından istifadə edilmədiyi dövrdə nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd etmədiyini aşkara çıxarır. Bu halda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.

Misal 3: Vergi yoxlaması zamanı məlum olur ki, iri supermarketdə POS-terminal quraşdırılmayıb. Bu zaman vergi orqanının vəzifəli şəxsləri tərəfindən Məcəllənin 58.7-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyası tətbiq edilir.

Misal 4: Vergi ödəyicisi iri ticarət məntəqəsində POS-terminallar quraşdırsa da, ödənişi kartla etmək istəyən alıcıdan vəsaiti nağdsız qəbul etmir. Bu halda da vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email