Xidmətə görə E-qaimə həmin ayın sonuncu günü yoxsa növbəti ayın 1-i verilməlidir?

posted in: Xəbər | 1

E-qaiməSual: Bildiyiniz kimi, elektron qaimələr iş və xidmətin başa çatdığı ayda təqdim edilir. İş hər ayın 30-və ya 31-ci günündə başa çatır. Bilmək istəyirəm ki, elektron qaimənin hər ayın sonunda verilməsi mütləqdirmi? Xidmət 31 avqustda yekunlaşarsa sentyabrın 1-də elektron qaimənin verilməsində qanuna zidd maddə varmı?

Cavab: Bildiririk ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Bununla belə, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun olaraq ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Qeyd olunanlara əsasən müəssisə tərəfindən hər hansı səbəbdən göstərilən xidmətə görə əməliyyatın baş verdiyi anda elektron qaimə-fakturanın təqdim edilməsi mümkün olmadıqda, elektron qaimə-faktura sonrakı dövrdə tərtib edilə bilər. Bu zaman elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Zaur
    | Reply

    VM 166 oxuyun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *