Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilər?

posted in: Xəbər | 0

əlavə iş, gəlir vergisi, Turagentlər,Sual: Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyəti götürə bilər?

Cavab: Ölkəmizin əmək qanunvericiliyində 14 yaşınadək iki və daha çox uşağı olan, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyətinin onların öz arzusuna uyğun olan vaxt üçün təyin edildiyi əksini tapır.

Həmçinin hərbi qulluqçunun arvadı (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı təhsil alan şəxslər də arzularına uyğun olaraq onlar üçün ilin əlverişli vaxtında məzuniyyətə buraxılırlar.  Azərbaycan xalqı qarşısında xüsusi xidmətlər göstərmiş vətəndaşlara da özləri müəyyən etdikləri vaxtda məzuniyyətə çıxmaq hüququ verilir.

Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilə bilər.

Mənbə: www.sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İyunda bayramlarla əlaqadar 3 qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

qeyri-iş günü, May ayının qeyri-iş günləri,

İyun ayında bayramlarla əlaqəli 3 qeyri-iş günü olacaq.

15 iyun – Milli qurtuluş günü, 26 iyun isə Silahlı Qüvvələr Günüdür.

Həmin günlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qeyri-iş günləri hesab olunur.

26 iyun şənbə gününə təsadüf etdiyindən həmin gün 28 iyunla əvəz ediləcək. Bununla da gələn ay ölkədə 3 (15, 26 və 28 iyun) qeyri-iş günü olacaq.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikayıl Cabbarov: “Vergi daxilolmaları üzrə proqnoz 132% icra edilib”

posted in: Xəbər | 0
yeni nəsil kassalar, Yeni nəsil elektron kassa aparatları, vergi inzibatçılığı, gömrük inzibatçılığı, bank, Elektron Kredit Platforması, müşavir, İqtisadiyyat naziri, Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri RəqəmsalBu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun icrası 131,7 % təşkil edib.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” sosial şəbəkəsində bildirib.

“Büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub ki, bunun da 451 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür”, – o deyib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda dünya standartlarında rəqəmsal məhsullar hazırlayan texnoloji şirkət fəaliyyətə başlayıb

posted in: Xəbər | 0

Texnologiyanın sürətli inkişafı şirkətlərin iş prinsiplərini yeniləməyə məcbur edir. Bu inkişafa uyğunlaşmayan firmalar yüksək texnologiyalara uyğunlaşan firmalara nisbətdə rəqabəti uduzur və tənəzzülə uğrayır. Bu səbəbdən fəaliyyət sahəsindən asılı olmayaraq hər şirkət rəqəmsal texnologiyaları strateji olaraq mənimsəməlidir.

Texnoloji həlləri mənimsəmə nə dərəcədə önəmlidirsə, bu texnologiyanı kimin hazırlayacağı da bir o qədər əhəmiyyətlidir. Etibarlı və peşəkar texnologiya şirkəti tapmaq elə də asan məsələ deyil.

Son dövrlərdə Azərbaycanda mürəkkəbliyindən asılı olmayaraq ən böyük texnoloji layihələri uğurlu şəkildə təhvil vermiş, peşəkarlardan ibarət komandası olan bir şirkət fəaliyyətə başlayıb. Genity dünya standartlarında rəqəmsal məhsulların hazırlanmasında ixtisaslaşmış şirkətdir. Təklif etdikləri texnoloji həllər istənilən biznesin satışlarının artırılmasına, rəqəmsal dünyada bir addım öndə olmasına şərait yaradır.

Genity maliyyə sahəsini avtomatlaşdıran – FinTech, insan resursları üçün – HRTech, səhiyyə xidmətlərini optimallaşdıran – HealthTech, hüquq sahəsini avtomatlaşdıran – LegalTech, qida sektorunu inkişaf etdirən – FoodTech, təhsil prosesini idarə etməyi asanlaşdıran – EdTech həllər təklif edir.

Genity komandası peşəkar analitik, layihə rəhbəri, dizayner, frontend və backend proqramçılar, tester və sistem administratorlarından təşkil olunmuşdur.

Mürəkkəb və kompleks həllərin hazırlanması ən son texnologiyaların istifadəsini tələb edir. Genity layihələrin reallaşdırılması üçün React, Reduxe, NodeJS, mongoDB, GraphQL, AntDesign kimi ən son texnologiyalardan istifadə edir. Müştərinin biznes hədəfləri öyrənilir, KPI-lar proqnozlaşdırılır və onlara çatmaq üçün strategiyalar müəyyən edilir. Daha sonra layihənin reallaşdırılması üçün qeyd etdiyimiz texnologiyalar istifadə olunur.

Genity, həmçinin startaplara tam texniki dəstək göstərən ilk şirkətdir. Hər uğurlu startap müəyyən mərhələlərdən keçməlidir. Bu mərhələlər çox vaxt ideya sahibi üçün uzun və çətin bir proses kimi göründüyü üçün reallaşmadan unudulub gedir. Əgər startap ideyanız varsa və onu necə reallaşdıracağınızı bilmirsinizsə, Genity bu işdə sizə kömək edə bilər. Etməli olduğunuz tək şey şirkətlə əlaqə saxlamaqdır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 945 946 947 948 949 950 951 2. 684