Türkiyədə pandemiya ilə bağlı bəzi xidmətlərə tətbiq edilən vergi güzəştlərinin müddəti iki ay uzadılıb
Koronavirus pandemiyasının təsirinə məruz qalan iqtisadi fəaliyyətlərə dəstək göstərilməsi məqsədilə bir sıra xidmət sahələrində əlavə dəyər vergisi (ƏDV) güzəştinin mayın sonuna qədər qüvvədə olan müddəti ölkə prezidentinin sərəncamı ilə 2021-ci iyulun 31-dək uzadılıb.
Vergi güzəştinin əhatə etdiyi sahələr bunlardır:
– sərnişindaşıma;
– ictimai iaşə;
– mədəniyyət fəaliyyətləri;
– kino və teatr, opera, operetta, balet, muzey biletlərinin qiymətləri;
– konqres, konfrans, yarmarka və lunaprk biletlərinin qiymətləri;
– toy, nikah, bal və kokteyl salonlarında göstərilən təşkilati xidmətlər;
– bərbər xidmətləri;
– kimyəvi təmizləmə, camaşırxana və ütüləmə xidmətləri;
– xalça və kilim yumaq xidmətləri.
Mənbə: vergiler.az


Vergi Məcəlləsinə əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyərinin 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
ABŞ bankları 2021-ci ilin yekunlarına görə, rekord gəlir əldə etməyə hazırlaşırlar, CNBC belə yazır. Bu, milli iqtisadiyyatın və maliyyə bazarının bərpası sayəsində mümkün olacaqdır.
Sahibkarların məhsullarının onlayn satışına və tanıdılmasına dəstək məqsədilə yeni onlayn satış platforması – “