Ofis işləri ilə bağlı maraqlı faktlar
Ofis işləri ilə bağlı maraqlı faktlar

- Kseroks – surət çıxaran aparatdır və ya daha xırda bir şeydir? Hər bir idarədə kseroks var, ən azından surət çıxaran cihazı belə adlandırırlar. Həqiqətdə isə Kseroks həmin cihazları istehsal edən və Rusiyaya ilk ixrac edən şirkətin adıdır, o səbəbdən həmin aparat daha çox kseroks adını alıb. Uzaq şərqdə surət çıxaran aparatlar bazarına digər bir şirkət, Canon öz məhsulu ilə çıxıb.
- Statistikaya görə yaponların 75%-i günlərinin yarıdan çoxunu ofisdə keçirirlər, onlardan üçdə ikisi isə hətta istirahət günlərindən belə imtina edirlər. Məzuniyyətə isə yapon işçilərinin yalnız 1/20 hissəsi çıxır. Baxın, onlar dünyada ən zəhmətkeş millətdir!
- Ofis avto-cavabverəni. Onu elanlar, müxtəlif məlumatlar və hava haqqında məlumatları telefon abunəçilərinə çatdıran telefon xidməti müəssisələri icad ediblər. Avto-cavabverənin ixtirasına qədər bu işi bilavasitə telefon qovşaqlarının işçiləri yerinə yetirirlərmiş.
- Ofisdə işləyənlərin sol əli sağa nisbətən daha çox çalışır. Nə qədər gülməli görünsə də, bu faktdır! Klaviaturada mətn yığılarkən, onun 60%-i məhz, sol əlin barmaqları ilə yığılır.
- Təkcə ofisdə işlə bağlı deyil, ümumən bütün çalışmalarla əlaqəli fakt ondan ibarətdir ki, 80% insanlar hesab edirlər ki, istənilən işdə çalışanlar üçün ən mürəkkəb şey səhər yuxudan qalxmaqdır! Həqiqətən də bəzən bədənini çarpayıdan qaldırmaq o qədər çətin olur ki, hərdən insanın ağlına belə fikir gəlir: “cəhənnəm olsun, bəlkə heç işə getməyim”.


Təbii inhisarçılıq problemləri İnstitutu (IPEM) Avropa İttifaqı ölkələrində karbon vergisinin tətbiq edilməsi planlaşdırıldığı üçün Rusiya şirkətlərinin mümkün zərərlərini öyrənib və onların bəzilərinin Avropa bazarlarından çəkiləcəyini proqnozlaşdıb. Bu haqda təşkilatın hesabatına əsasən “Vedomosti” nəşri xəbər verib.
Dünyanın ən böyük qida məhsulları istehsalçılarından biri olan İsveçrənin “Nestle” şirkəti etiraf edib ki, onun məhsullarının əksəriyyəti sağlam qidalanmanın ümumi qəbul edilmiş tərifinə uyğun gəlmir. Bu barədə şirkətin daxili təqdimatında deyilir. Həmin təqdimatdan bir parçanı “Finacial Times” nəşri nümunə gətirib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verilib. Artıq müraciət edən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı Xidmətin ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da əldə edə bilər.