Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb

posted in: Xəbər | 0

Korporativ bank kartları, Azərbaycan Banklar AssosiasiyasıRəqəmsal ödəniş ekosistemi inkişaf edərək əhatə dairəsi genişləndikcə müxtəlif ödəniş alətlərindən istifadə edilməsi, bank-müştəri münasibətlərində yarana biləcək ziddiyyətli hallar, aparılan ödəniş əməliyyatları üzrə vergilərin tutulması və digər sahələrdə mütəmadi əsasda cəmiyyətin məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Qlobal pandemiya dövründə elektron ticarət əməliyyatlarının dövriyyəsində müşahidə edilən sıçrayışlı artım bankları bu sahədə daha diqqətli və həssas olmağa sövq edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2017-ci ildə edilmiş dəyişikliklər nəticəsində ödəniş kartları ilə aparılan bəzi əməliyyatlar üzrə vergi dərəcələri müəyyən edilib. Belə ki, Vergilər Məcəlləsinin 169-cu maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Ölkə daxilində POS-terminal şəbəkəsi və ya elektron ticarət üzərindən aparılan əməliyyatlarda, eləcə də internet şəbəkəsi üzərindən xarici internet saytlardan məhsul sifarişi edildikdə ƏDV tətbiq edilmir.

Vergilər Məcəlləsinin 101.5-ci maddəsinə əsasən idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Ödəniş kartları ilə aparılan əməliyyatlarda vergi dərəcələrinin tətbiq edildiyi digər sahə isə elektron pul kisələri ilə bağlıdır. Vergilər Məcəlləsinin 125.1-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Yuxarıda qeyd edilən ödəniş əməliyyatları həyata keçirildiyi təqdirdə banklar tərəfindən hər bir ödəniş əməliyyat üzrə vergilər, o cümlədən ƏDV ödənişləri fərdi qaydada hesablanaraq kart istifadəçisinin hesabında olan vəsaitdən ödənilir. Lakin bir sıra hallarda bankın informasiya texnologiyaları infrastrukturunda aparılan təkmilləşmə işləri və digər səbəblərdən fərdi qaydada və ya kütləvi olaraq bir çox kart istifadəçilərinin apardığı ödəniş əməliyyatları üzrə vergi dərəcələrinin hesablanması zamanında mümkün olmaya bilər.

ABA son zamanlar bir sıra sosial şəbəkələrdə vətəndaşların narazılığına səbəb olan məsələ ilə əlaqədar bildirir ki, bu istisna hal məhz texniki səbəblərdən dolayı baş vermişdir və texniki xətaların olması qaçılmazdır. Hər zaman olduğu kimi, kart istifadəçisi olan müştərilər kart hesablarından vəsaitlərin silinməsi, o cümlədən vergilərin ödənilməsi ilə bağlı banklara birbaşa müraciət edərək əsaslandırılmış formada cavab ala bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya bank sistemi dağılmaq təhlükəsi altındadır

posted in: Xəbər | 0

güzəşt, pandemiya , Banklardakı qanunsuzluqlar, Bağlanan banklar, Müvəqqəti inzibatçı, bankların iş rejimi, Banklar,Rəqəmsal valyutaların tətbiqi dünya bank sisteminə ciddi təsir göstərə bilər və onu məhv etmək təhlükəsi altına qoyur. Bu haqda analitiklərə istinadən CNBC xəbər verib.

Bir çox ölkələrin Mərkəzi bankları rəqəmsal pullara getdikcə daha çox maraq göstərməyə başlayıblar. Lakin bu planlar “faktiki olaraq maliyyə sistemini məhv edə bilər”. Ekspertlər qeyd edirlər ki, ənənəvi banklar və fintech startapları müştərilərin depozitlərini itirmək riski ilə üzləşirlər. Həmçinin rəqəmsal valyutalardan istifadə edərkən məxfiliklə bağlı problem də ortaya çıxa bilər.

Morgan Stanley bankının hesabatında, dünyanın Mərkəzi banklarının 86 faizinin rəqəmsal valyutaları öyrəndiyi bildirilir. Mərkəzi bankların təxminən 60 faizi konsepsiyanın yoxlanması üzərində işləyir. Lakin yalnız 14 faizi pilot proqramını işə salıb və ya onun hazırlanması mərhələsindədir.

Aprel ayında Rusiya Mərkəzi bankı rəqəmsal valyutanın tətbiqi planını təqdim edib. Rəqəmsal rubl banklarda açılmış xüsusi pul kisələrində saxlanılacaq, həm fiziki, həm də hüquqi şəxslər onlara sahib ola biləcəklər. Prototip gələn il testdən keçiriləcək.

Bir neçə ölkənin oxşar planları var. Məsələn, Böyük Britaniya öz rəqəmsal valyutasını buraxmaq istəyir: Böyük Britaniya Xəzinədarlığı və İngiltərə Bankı məsələni öyrənmək üçün işçi qrupu yaradıblar. Çin bu sahədə hamıdan fəal işləyir. Pekində vətəndaşların rəqəmsal yuanın xeyrinə ənənəvi pullardan müvəqqəti imtina etmələri üçün onlara eksperiment kimi müəyyən məbləğdə pul da ödəyiblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank kiçik və orta sahibkarlara maliyyələşmə üçün onlayn sifariş xidmətlərini təklif edir

posted in: Xəbər | 0

Kapital Bank 25 aprel – Azərbaycanda Sahibkarlar Günü ərəfəsində kiçik və orta sahibkarlar üçün növbəti yeniliyini təqdim edir. Belə ki, “Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.

“Müştəri Profili” vasitəsilə yaradılmış şəxsi kabinetdə müştərilər maliyyə vəsaitlərinə olan ehtiyaclarını qarşılamaq üçün Kapital Bank tərəfindən təklif olunan hər bir məhsul haqqında ətraflı məlumatla tanış ola bilərlər. Maliyyələşmə məhsulunun hər hansı biri üzrə sifariş vermək istəyən müştəriyə banka gəlməyə, bank nümayəndəsi ilə əlaqə saxlamağa ehtiyac yoxdur.

Belə ki, müştəri rahatlıqla, sifariş vermək istədiyi maliyyələşmə məhsulu üzrə, onun ilkin şərtlərini – müddətini, məbləğini qeyd etməklə sifarişini banka “Müştəri Profili” vasitəsilə yönləndirə bilər. Banka onlayn şəkildə yönləndirilmiş sifarişin ilkin qiymətləndirilməsinin aparılması üçün tələb olunan sənədlərin təqdimi də “Müştəri profili” vasitəsilə banka gəlmədən onlayn şəkildə təqdim edilə bilər.

30 iyun 2021-ci il tarixinədək davam edəcək kampaniyanın şərtlərinə görə, müştərilər AZN valyutasında olan kredit, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və overdraft məhsullarının Müştəri Profilindən sifarişi zamanı rəsmiləşmə komissiyasına 30% endirim əldə edəcək.

Bundan başqa, sadalanan maliyyələşmə məhsullarından hər hansı birini əldə etmiş müştəri növbəti 3 ay ərzində əmək haqqı layihəsinə qoşulduqda əldə etdiyi məhsulun illik faiz dərəcəsinə 1% endirim təqdim edilir. Üstəlik kampaniya çərçivəsində maliyyələşmə məhsullarını əldə edən ilk 30 müştəriyə əmək haqqı kartları tam olaraq pulsuz veriləcək. Xidmətə qoşulmaq üçün https://kbl.az/cbpcr linkinə keçid etmək olar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rezident nəqliyyat müəssisəsi tərəfindən balansında olan nəqliyyat vasitələrinin qeyri-rezidentə icarəyə verilməsi üzrə göstərilən xidmətlər ƏDV-yə cəlb edilirmi?

posted in: Xəbər | 0

Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla) yeri alıcının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.

Buna əsasən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən nəqliyyat müəssisəsi tərəfindən nəqliyyat vasitələrinin qeyri-rezidentə icarəyə verilməsi üzrə xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikası ərazisi hesab olunur və həmin xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir.

Məlumat üçün bildiririk ki, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən “nəqliyyat müəssisəsi” – qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 159-cu, 168-ci maddələri və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli 683-IQ nömrəli Qanunu ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 972 973 974 975 976 977 978 2. 683