Kapital Bank biznes və sahibkarlar üçün 24/7 fəaliyyət göstərən özünəxidmət sahəsi yaradıb

posted in: Xəbər | 0

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün növbəti yeniliyi təqdim edib. Ölkədə ilk dəfə olaraq Kapital Bank-ın biznes müştəriləri Mərkəz (Bülbül prospekti 60, Gülüstan Residence) və Bakıxanov (Bakıxanov qəsəbəsi, S Qocayev küçəsi 13A,B,C) filiallarında yaradılan 24/7 rejimində fəaliyyət göstərən xidmət sahəsindən istifadə edə bilərlər.

Özünəxidmət sahəsinə giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb. Gələcəkdə analoji sahələr başqa filiallarda da təşkil ediləcək.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Konsiqnasiya qaydasında satışların sənədləşməsi necə aparılmalıdır?

posted in: Xəbər | 0

Mülki Məcəllə dəyişikliklər Mülki MəcəllədəKonsiqnasiya barəsində sahibkarların və gənc mühasiblərin məlumatı yetərincə olmadığına görə bəzən əməliyyatı düzgün təşkil etməmək, yanlış rəsmiləşdirilmələr aparmaq onlar üçün sonradan əlavə vergi yükü yaradır. Mühasibat mütəxəssisi İlqar Əsədov malların konsiqnasiya qaydası ilə satışı qaydalarını izah edir.

Malların konsiqnasiya qaydası ilə satışına biznes mühitində malların realizasiya qaydası ilə satışı da deyilir. Mülki Məcəllənin 837-841-ci maddələri malların konsiqnasiya qaydası ilə saxlanca götürülməsindən bəhs edir. Təcrübədə rast gəlirik ki, bəzi müəssisələr bu və ya digər malları malsatanlardan birbaşa almaq istəmir, o mallardan hansıları satacaqlarını öncədən bilmirlər. Bu, adətən, orta və iri sahibkarlıq subyektləri hesab edilən müəssisələrin pərakəndə satış obyektləri ilə bağlı olur.

Onlar eyni cins malı bir neçə müxtəlif malsatandan konsiqnasiya yolu ilə alır və sonra onların satışını edirlər. Sözügedən ticarət növü kifayət qədər əlverişli hesab edilir.
Bəs bu cür hallarda malsatanlar sənədləşmə işlərini necə aparmalıdırlar?

Bəzi şəxslərin bu barədə bilgisi yanlışdır: onlar elə bilirlər ki, mal göndərildisə, mütləq e-qaimə tərtib edilməlidir. Həmin mallar üçün e-qaimə tərtib edirlər və sonra həmin mallardan satılmayan hissə geri qaytarıldıqda pərakəndə satış obyektləri geri qaytarılma qaiməsi təqdim edirlər. Lakin əməliyyatın bu cür rəsmiləşdirilməsi qanunvericiliyə uyğun deyil və malsatanlar üçün sonradan sıxıntılar yaradır. Bəzi hallarda bu cür sənədləşmə nəticəsində malsatanın dövriyyəsi “şişir” və əlavə dəyər vergisi qeydiyyatına durmaq zərurəti yaranır.

Mülki Məcəllənin konsiqnasiyadan bəhs edən bölməsində görürük ki, malların bu cür üsul ilə alınaraq satılması zamanı iki tərəf – malların faktiki sahibi və onları saxlanca götürmüş şəxslər olur. Malların faktiki sahibi konsiqnator, onları saxlanca götürərək satmaq istəyən şəxs isə tacir hesab edilir. Bu tip əməliyyatlar zamanı, ilk növbədə, tərəflərin qarşılıqlı razılaşmasını ortaya qoymaq və düzgün sənədləşmə aparmaq lazımdır. Bunun üçün tərəflər bu cür ticarət əlaqəsinə razılıq verdikdən sonra “Malların konsiqnasiya qaydası ilə satışı” müqaviləsini tərtib etməlidirlər. Müqavilədə tərəflərin hüquq və vəzifələri, tacirin və konsiqnatorun kimliyi aydın göstərilməlidir. Bunun üçün mütləq tacirin Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş anbarı olmalıdır. Mallar təhvil-təslim aktı ilə konsiqnator (malsatan) tərəfindən tacirə (malları digər şəxslərə satacaq olan) verilməlidir. Malları saxlanca qəbul edən tərəf onları diqqətlə gözdən keçirməli, qüsurlu mallar barədə qarşı tərəfi məlumatlandırmalıdır.

Lakin malların bu cür verilməsi vergitutma məqsədləri üçün malların təqdim edilməsi hesab edilmir. Belə ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.

Həmçinin, Mülki Məcəllənin 838.1-ci maddəsinə uyğun olaraq, tacir konsiqnasiya mallarını ayrıca saxlamalı və onları tapşıranın mülkiyyəti kimi eyniləşdirməlidir. Yəni konsiqnator tərəfindən malların təhvil-təslim aktı ilə tacirə verilməsinə baxmayaraq, mülkiyyət hüququ konsiqnatorda qaldığı üçün bu əməliyyat malların təqdim edilməsi hesab olunmur. Ona görə də mallar tacirə verildikdə bunun üçün e-qaimə təqdim etməyə ehtiyac qalmır.

Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1.1-ci maddələrinə uyğun olaraq e-qaimə yalnız mallar (işlər, xidmətlər) təqdim edildiyi zaman göndərilir. Bununla belə, Mülki Məcəllənin 840.1-ci maddəsinə uyğun olaraq tacir öz ticarət fəaliyyəti çərçivəsində saxlanca götürmüş olduğu mallardan sata bilər. Müqavilənin əsas məqsədi də bunun üzərinə qurulur. Tacir satdığı mallar barədə konsiqnatoru məlumatlandırmalı, bununla bağlı akt tərtib edilməli və konsiqnator satılmış mallar üçün tacirə e-qaimə göndərməlidir.

Bəs e-qaimə təqdim edilmədən malların təhvil verilməsinə görə yoxlama zamanı problem yaşana bilərmi ?

Qeyd edək ki, vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlamanı keçirən şəxslərə iltizam arayışı verilir. Həmin arayışda yoxlama keçirilən müəssisəyə məxsus malların ona məxsus olmayan saxlanc yerlərində olması barədə (həmçinin ona məxsus olmayan, lakin onun saxlanca götürdüyü mallar barədə) məlumat olmalıdır. Vergi ödəyicisi bu cür iltizam arayışını, tacir (konsiqnator) ilə arasında bağladığı “Malların konsiqnasiya qaydası ilə satışı” müqaviləsini və təhvil verilmiş (qəbul edilmiş) mallar barədə tərtib olunmuş “Təhvil-təslim” aktını təqdim etdikdə ona qarşı maliyyə sanksiyası tətbiq edilmir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentə təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən ƏDV hesablanmalıdırmı?

posted in: Xəbər | 0

vergi mühasibi, vakansiya,Sual: Cəmiyyət əməkdaşlarının iş qabiliyyətinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə qeyri-rezidentdən təlim xidmətləri alır. Bu təlim xidməti üçün qeyri rezidentin nümayəndəsi Azərbaycan Respublikasına gəlmir və Cəmiyyət də öz əməkdaşlarını xaricə göndərmir. Təlim isə onlayn olaraq, internet platforması üzərindən təşkil edilir. Bu zaman, qeyri-rezidentə ödəniş zamanı, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ÖMV hesablanır, lakin Qeyri-rezidentin ƏDV-si üçün isə hansı maddəyə (maddənin bəndinə) əsaslanmalı olduğumu müəyyən oluna bilmədi. Bu əməliyyatda Vergi Məcəlləsinin 168.1.3 (təhsil), 168.1.5 (elektron ticarət), 168.1.6 maddələrinin tətbiqi ilə bağlı yanaşma ilə bağlı məlumat almaq, təlim xidmətinin 168.1.3-cü maddədə qeyd edilən təhsil xidmətinə və ya 168.1.5-ci maddədə qeyd edilən elektron ticarətə və ya 168.1.6-cı maddələrindən hansına istinad ediləcəyi və qeyri-rezidentin ƏDV-nin hesablanıb hesablanmayacağını bilmək istərdik.

Cavab: Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibə şəxsi brend lazımdırmı?

posted in: Məqalə, Xəbər | 0

Mühasib üçün şəxsi brend

Mühasib üçün şəxsi brendBrend – bu, ilk növbədə bir nüfuz və şöhrətdir və bu suala aydın cavabdır:
“Niyə Siz?” Brendi – bu, digər insanların şüurunda formalaşan bir görüntüdür. Bu gün cəmiyyətin şüurunda necə bir mühasib obrazı var?

Əgər siz bu sahədə işləyirsinizsə və öz ixtisasınızı inkişaf etdirmək istəyirsinizsə, əgər siz – mühasibsinizsə, “həyatınızı necə dəyişdirməli” mövzusunda bir neçə tövsiyəni diqqətinizə çatdırırıq.

Yaxşı həyata doğru 13 addım

  1. İlk növbədə, peşənizi və özünüzü sevməli, mühasibatlığın sizin vəzifəniz olduğunu və onu nahaqdan seçmədiyinizi başa düşməlisiniz. Yalnız sevdiyiniz işlə məşğul olduqda, uğurlara nail ola bilərsiniz.
  2. Öz ideal işinizi və həyatınızı necə təsəvvür etdiyinizi dəqiq yazın.
  3. Özünüzdən ötrü karyera yüksəlişi üçün hədəf müəyyənləşdirin və hara qədər yüksələ biləcəyinizi müəyyənləşdirin.
  4. Bütün komanda, rəhbərlik ilə anlaşmanı yüksək səviyyədə qurmaq və fikir ayrılıqlarını minimuma endirmək.
  5. Bu kimi bacarıqlara mükəmməl yiyələnmək:

– Şirkətdə maliyyə idarəetməsinin əsas qaydası olacaq düzgün uçot siyasətinin formalaşdırılması;

– Vergi və mühasibat uçotunun təşkili və aparılması üçün ən yaxşı proqram təminatının seçilməsi;

– İşlərini yüksək keyfiyyətlə yerinə yetirən ixtisaslı mühasibat işçiləri komandasının yaradılması;

– İş yerinizin və fayl saxlama sisteminizin aydın təşkili;

– Vaxtınızdan bacarıqla yararlanmaq.

  1. Nəzarət orqanları ilə münasibətlər düzgün qurulmalıdır;
  2. Müəssisənin strategiyasını, onun həyata keçirilməsi planlarını bilmək və bu strategiyanın həyata keçirilməsində rolunuzu başa düşmək;
  3. Həm öz, həm də bütün müəssisələrin təhlükəsizliyini təmin etmək üçün nə etmək lazım olduğunu bilmək;
  4. Mühasibin hansı səhvlərinin cinayət işlərinə gətirib çıxardığını bilmək;
  5. Risklərin qiymətləndirilməsinin necə aparılacağını, investisiyalarla necə işləmək lazım olduğunu anlamaq;
  6. Daimi təlim və ixtisasartırma proqramına malik olmaq;
  7. Tabeliyinizdə olanlar üçün bir hami olmaq və onlara öz təcrübənizi təqdim etmək bacarığı;
  8. İşi və şəxsi həyatı necə düzgün əlaqələndirməyi bilmək.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 977 978 979 980 981 982 983 2. 683