Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (II hissə)
Dünya iqtisadiyyatında qadın rəhbərlər

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?
İşə qəbul zamanı cinsi üstünlükdən imtina olunması özü ilə praktiki fayda da gətirib. McKinsey&Company konsaltinq şirkətinin məlumatına görə, qadın liderlərinin sayı birbaşa mənfəətin artmasına təsir göstərir: qadın-rəhbərlərin payı 30 faizdən çox olan şirkətlər, bu göstəricinin 10 faiz olduğu şirkətlərə nisbətən iqtisadi cəhətdən 48 faiz daha uğurlu ola bilərlər. McKinsey & Company şirkətinin nəticələri Kolumbiya biznes-məktəbinin son araşdırması ilə də təsdiqlənir: ən azından bir qadının top-menecer mövqeyində olduğu firmanın dəyəri, bu mövqeyi yalnız kişilərin tutduğu şirkətlərin dəyərindən 40 milyon dollar yüksək olur, əldə edilən qazanc isə 6 faizə kimi yüksələ bilir.
Dünya iqtisadiyyatı qadın-rəhbərlərin hesabına 12 trilyon dollar əldə edə bilər
Əgər hər bir dünya ölkəsi gender bərabərliyinə can atarsa, 2025-ci ilə kimi dünya ÜDM-u 12 trilyon dollar yüksələ bilər, Boston Consulting Group şirkətinin analitik ekspertləri qeyd ediblər. “Qadınlar çoxtapşırıqlı rejimdə olan işlərin öhdəsindən daha yaxşı gələ bilirlər, onlara inteqrator rolu daha çox xasdır. Bundan başqa, qadın, top-menecer olmaq üçün öz üzərində daha çox işləməli və bu vəzifəni tutmaq üçün daha sərt mövqe tutmalı olur. Nəticədə bu sahədə irəliləyişə malik olduqda, bir qayda olaraq o, rəqabətə daha çox davamlı olur”, Skolkovo müstəqil direktorlar Klubunun şura sədri Tatyana Olifirova məsələyə aydınlıq gətirib.
Yeni imkanlar
Rusiya rəhbər qadınların sayına görə hələ ki, Avropadan geri qalır. Lakin bütün hallarda onların sayı heç də az deyil. Deloitte-nin hesablamasına görə, 2020-ci ildə onların payı təxminən 20 faiz təşkil edib. Özü də demək lazımdır ki, hələ üç il bundan əvvəl Rusiya firmalarının direktorlar şurasında qadınların payı yalnız 8,5 faiz təşkil edirdi. Onlar daha çox təhsil, ictimai iaşə, səhiyyə sahələrində çalışırlar. Ən az qadın baş direktorların işlədiyi sahələr isə bunlardır: inşaat, hasilat, təhlükəsizlik və energetika.
Nəzəriyyədə Avropada olduğu kimi, qadın-baş direktorların sayını kvotaların tətbiqi hesabına artırmaq olardı. Amma, kadr ehtiyatının formalaşdırılmasına vaxt lazımdır, süni stimullar isə ona gətirib çıxaracaq ki, rəhbər vəzifələrə buna hazır olmayan adamlar gələcək, Ümumrusiya ictimai rəyini öyrənən mərkəzin dövlət hakimiyyəti orqanları ilə iş üzrə direktoru Kirill Rodin belə hesab edir. “Bizim dəyərləndirmələrimizə görə, növbəti on ildə siyasətdə və biznesdə “qadın kabinetinin” sayı 30 faiz artacaq. Lakin kvotalaşdırma çətin ki, effektiv olsun. O, qadınların bu vəzifələrdə təbii mövcudluğunu yalnız çətinləşdirə bilər”, – Rusiya-asiya sənayeçilər və sahibkarlar ittifaqının prezidenti Vitaliy Malkeviç belə hesab edir.

Pekində dünyanın istənilən digər şəhərində yaşayan milyarderlərdən daha çox milyarder yaşayır. Ötən il Çinin paytaxtında milyarderlərin sayı 33 nəfər artıb, indi onların sayı 100 nəfərə çatıb.
Çin hakimiyyət orqanları bu şirkəti rekord məbləğdə cərimələdikdən sonra çinli milyarder və Alibaba şirkətinin qurucusu “Jack Ma”-nın sərvəti daha 2,3 milyard dollar artıb. Bloomberg xəbər verir ki, milyarderlər indeksində — Bloomberg billionaires index — cərimədən sonra daha da zənginləşmiş sahibkar indi 52,1 milyard dollar sərvət ilə 25-ci sırada qərarlaşıb.
Cari vergi ödənişlərinin hesablanmasında hansı metodun seçilməsi, bu barədə vergi orqanlarına məlumat verilməsi kimi sual doğuran məqamlar var. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.