Varislərin pensiya almaq hüququ
Azərbaycan Respublikasında əhalinin sosial təminatını nəzərdə tutan sistemlərdən biri də pensiya yığımlarıdır. Pensiyaların təyin edilmə məqsədlərindən biri də müəyyən yaş həddinə (nəzərdə tutulan yaş ölkə üzrə 65 yaş kişilər, qadınlarda hər il 6 ay artırılmaqla, yekunda 65 yaş) çatmış şəxslərin zəruri ehtiyaclarının təmin edilməsindən ibarətdir. Ölkədə 3 növ – yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilir. Bu yazımızda ailə başçısını itirməyə görə təqdim edilən pensiya hüququndan bəhs etməyə çalışacağıq.
Qeyd edək ki, bu növ pensiya bir qayda olaraq yalnız sığorta hissəsindən ibarətdir. Onu da bildirək ki, ölkə üzrə əmək pensiyasının minimum məbləği 1 oktyabr 2019-cu ildən 200 manat məbləğində müəyyən edilmişdir.
Ailə başçısını itirməyə görə pensiya bu şəxslərə verilir:
1) şəxsin övladları
– 18 yaşına çatmayıbsa,
– 18 yaşadək sağlamlıq imkanları məhdudluğu müəyyən edilib və 18 yaşdan sonra əlilliyi olubsa,
– ən çoxu 23 yaşınadək əyani qaydada təhsil müəssisəsində təhsil alırsa
2) Şəxsin valideynləri və həyat yoldaşı yaşa görə əmək pensiyası yaşına çatıbsa və ya 1 yaxud 2-ci dərəcə əlilliyi varsa,
3) şəxsin işləməyən valideyni, həyat yoldaşı, nənə-babası, qardaş-bacısından hər hansı biri vəfat etmiş şəxsin 8 yaşınadək olan övladına, qardaş-bacısına və ya nəvəsinə baxırsa
4) Ögey ata-ana vəfat etmiş şəxsi azı 5 il saxlayıb və tərbiyə edibsə, doğma valideynlərlə bərabər hüquqlu olur.
5) Ögey övlad doğma övladlarla bərabər hüquqlu olur.
6) Övladlığa götürənlər doğma valideynlərlə, övladlığa götürülənlər isə doğma övladlarla bərabər hüquqlu olur.
Ailə başçısını itirməyə görə pensiya azı 5 il və əmək qabiliyyətli yaş dövrünün (15 yaş) hər tam ili üzrə 4 ay sığorta stajı (sosial sığorta haqqı ödəmişdirsə) olduqda, təyin edilir. Daha aydın desək şəxs 50 yaşında vəfat edibsə, onun:
(50-15)×4 ay=35×4ay= 140 ay = 11 il 8 ay sığorta stajı olmalıdır.
Hərbi qulluqçular və müharibə ilə bağlı 1-ci dərəcə əlilliyi olan şəxslər (rütbədən məhrum olan və ya digər müddətli hərbi qulluqçular istisna) hərbi xidmət dövründə və ya hərbi xidmətdən buraxıldıqdan sonra hərbi xidmət dövründə alınmış xəsarət (kontuziya, travma, yaralanma) və xəstəlik nəticəsində vəfat edibsə, ailə başçısını itirməyə görə pensiya onların xidmət müddətindən asılı olmayaraq təyin edilir.
Hərbi əməliyyatlar zamanı itkin düşənlər cəbhədə həlak olanlarla eyni statuslu sayılır.
Yekunda onu da qeyd edək ki, ailə başçısının fərdi hesabının yığım hissəsində toplanmış vəsaitləri onun varisləri almaq hüququna malikdir. Vəfat etmiş şəxsin varisi olmadıqda, bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə daxil olur.
Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov
Bax:
Qeyri-rezidentə ödənilən məbləğə görə hesablanmış əlavə dəyər vergisi invoys yoxsa ödəmə vaxtı məzənnəsi ilə nəzərə alınmalıdır?
Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi?
Hansı halda işçinin kirayə haqqını ödəyəndə sosial sığorta haqqı hesablanmır?
Konsiqnasiya qaydasında satışların sənədləşməsi necə aparılmalıdır?
İşçi vəfat etdikdə vərəsəsinə ödənilən müavinətdən gəlir vergisi və digər məcburi tutulmalar aparılmalıdırmı?
İxtisar olunan işçilərə müavinət necə hesablanır?
Rezident nəqliyyat müəssisəsi tərəfindən balansında olan nəqliyyat vasitələrinin qeyri-rezidentə icarəyə verilməsi üzrə göstərilən xidmətlər ƏDV-yə cəlb edilirmi?

Rəqəmsal ödəniş ekosistemi inkişaf edərək əhatə dairəsi genişləndikcə müxtəlif ödəniş alətlərindən istifadə edilməsi, bank-müştəri münasibətlərində yarana biləcək ziddiyyətli hallar, aparılan ödəniş əməliyyatları üzrə vergilərin tutulması və digər sahələrdə mütəmadi əsasda cəmiyyətin məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Qlobal pandemiya dövründə elektron ticarət əməliyyatlarının dövriyyəsində müşahidə edilən sıçrayışlı artım bankları bu sahədə daha diqqətli və həssas olmağa sövq edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2017-ci ildə edilmiş dəyişikliklər nəticəsində ödəniş kartları ilə aparılan bəzi əməliyyatlar üzrə vergi dərəcələri müəyyən edilib. Belə ki, Vergilər Məcəlləsinin 169-cu maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.
Rəqəmsal valyutaların tətbiqi dünya bank sisteminə ciddi təsir göstərə bilər və onu məhv etmək təhlükəsi altına qoyur. Bu haqda analitiklərə istinadən CNBC xəbər verib.
Kapital Bank 25 aprel – Azərbaycanda Sahibkarlar Günü ərəfəsində kiçik və orta sahibkarlar üçün növbəti yeniliyini təqdim edir. Belə ki, “Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.