Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib

posted in: Xəbər | 0

Kapital Bank və Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade), tərəfindən 13-14 aprel 2021-ci il tarixlərində “Müxbir Bankçılıq” adlı onlayn seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub.

Tədbirin əsas proqramı beynəlxalq təcrübəyə əsaslanaraq müxbir bankçılıq münasibətlərinin qurulması və onların dəstəklənməsinə həsr olunub. Bu mövzu regionda ilk dəfə təqdim olunaraq Amerikanın və Avropanın qlobal banklarının mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20 yerli kommersiya bankı və xarici bankların nümayəndələrindən ümumilikdə 50 mütəxəssis iştirak edib.

Seminarın açılışına qatılan BAFT-ın prezidenti Tod Burwell və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları dəstəklədiklərini vurğulayıblar.

Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov seminarın yerli bankların beynəlxalq səviyyədə müxbir bankçılığın hansı təcrübə ilə həyata keçirilməsini daha geniş öyrənməsinə, həmçinin ölkə bankları üçün bu istiqamətin gücləndirilməsi və potensialın artırılmasına dəstək verəcəyini bildirib.

Proqramı zamanı bu sahədəki yeni qlobal trendlərə, daxili və xarici maraqlı tərəflərlə işin təşkili, partnyorların seçilməsinin strategiya ilə uzlaşdırılması, gözləntilərin idarə edilməsi, bu prosesdəki potensial risklərin müəyyən edilməsi, banklar arasında əməkdaşlığın inkişafı və idarə edilməsi kimi mövzulara toxunulub. Proqramda həmçinin bu istiqamətdə İT, kiber-təhlükəsizlik və rəqəmsal məqamların da nəzərə alınması kimi mövzular əhatə olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Koronavirusdan sonra ABŞ iqtisadi yüksəliş vəd edib

posted in: Xəbər | 0

Beynəlxalq valyuta fondu (BVF) Dünya bankı ilə növbəti sammit üçün koronavirus pandemiyasının qlobal iqtisadiyyata təsiri ilə bağlı proqnozunu tam şəkildə dəyişdirib, VTimes nəşri belə yazıb.

Ötən ilin oktyabr ayında təşkilat hesab edirdi ki, böhran planetin bütün əhalisinin həyat səviyyəsinə böyük ziyan vuracaq, özü də uzunmüddətli və qeyri-bərabər bir bərpa dövrü yaşanacaq. Üstündən yarım il ötdükdən sonra BVF etiraf edib ki, problemlər başlıca olaraq inkişaf etməkdə olan ölkələrə toxunacaq.

Fondun ekspertlərinin fikrincə, 2024-cü ildə ABŞ iqtisadiyyatı pandemiyadan əvvəlki proqnozlarda gözləniləndən daha yüksək səviyyəyə qalxacaq. Digər inkişaf etmiş ölkələrin əksəriyyətində isə yalnız kiçik problemlər qalacaqdır.

Gözləntilərin belə radikal şəkildə yenidən nəzərdən keçirilməsi üçün bir neçə səbəb var. BVF-də üç əsas gözləntini göstəriblər və həmin gözləntilərdən birincisi inkişaf etmiş ölkələrin adaptasiya qabiliyyətinə aiddir. Artıq ikinci dalğa zamanı onlar karantin tədbirlərinin həyata keçirilməsində iqtisadiyyatın itkilərini əhəmiyyətli dərəcədə azalda bilmişlər.

İkinci səbəb kimi Şimali Amerika, Avropa və Yaponiya kimi ölkələrin öz iş yerlərini itirmiş vətəndaşlara göstərdiyi əhəmiyyətli dəstəyi qeyd etmək olar. BVF-nin icraçı-direktoru Kristalina Georgiyeva hesab edir ki, əgər bu dəstək olmasaydı, yenidən Böyük depressiyadan söhbət gedə bilərdi. Nəhayət, vaksinlərin ortaya çıxması, yaxın vaxtlarda dünyanın normal həyat axarına qayıda biləcəyinə ümid verir.

İnkişaf etməkdə olan ölkələr isə əhəmiyyətli şəkildə geridə qalacaqlar. Onlar vətəndaşları gəlir itkisi ilə bağlı problemlərdən tam şəkildə qoruya bilməmişlər, həmin ölkələrdə səhiyyə sisteminin effektivliyi də çox aşağıdır və peyvəndləmə daha çox zəif gedir. Yaxın illrədə əlavə olaraq vəziyyət daha da çətinləşə bilər, çünki sərmayədarlar bərpa olunan inkişaf etmiş ölkələrə vəsait yatırmağa çalışacaqlar ki, bu da kapital axınına gətirib çıxaracaqdır.

Bununla birlikdə UniCredit bankının baş iqtisadçısı Eric Nilsen və bəzi digər mütəxəssislər, mövcud nikbinliyin altı ay əvvəlki bədbinlik qədər, həddən ziyadə olacağını gözləyirlər. Axı, virusun yenidən baş vermə riski hələ də qalmaqdadır. Çinlə ticarət qarşıdurmaları da yeni səviyyəyə çata bilər, bütün bunlar isə dünya iqtisadiyyatını yenidən qızma həddinə çatdıra bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qeyri-rezidentlər ölkəyə gəlmədən bank hesabları aça bilər”

posted in: Xəbər | 0

QR kodla ödəmə, AÖS, "QR kod"la ödəmə, Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya Sistemi, Ani Ödənişlər Sistemi, uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,“Maliyyə xidmətləri üzrə rəqəmsallaşmanın genişləndirilməsi daha bir önəmli nüansın, məhz qeyri-rezidentlər üçün bank xidmətlərinin elektron şəkildə əldə olunması və nəticə etibarı ilə ölkədə əlverişli ekosistemin formalaşdırılması, investisiya qoyuluşlarının sürətinin artımı üçün müvafiq imkanlar yaradılmalıdır”.

Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.

F. Osmanovun sözlərinə görə, qeyri-rezidentlər Azərbaycan banklarından da hesab aça bilər:

“Bu təcrübə ilk dəfə 2014-cü ildə mobil və elektron rezident layihəsi çərçivəsində Estoniyadan başlayıb. Bu tarixdən etibarən məhz 73 mindən çox qeyri-rezident Estoniyanın virtual rezidentinə çevrilib. Bu virtual rezidentlərin 20 %-i bu gün elektron bank xidmərlərinə çıxış əldə edib.

Təbii ki, Mərkəzi Bank olaraq bu istiqamətdə də davamlı olaraq işlər həyata keçirilir. Məhz cənab Prezidentimizin bəlli sərəncamı ilə 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə dövlət proqramı aktiv icra edilib. Həmin dövrdə tərəfimizdən infrastruktur layihələri realizə olunub və sözügedən platformaların yaradılması və təkmilləşdirilməsi işləri həyata keçirilib.

Həmçinin qeyri-rezidentlərin ölkəyə gəlmədən bank hesablarının açılması imkanları yaradılıb”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Online kart sifariş edilməsinə imkan yaradılıb

posted in: Xəbər | 0

Turagent fəaliyyəti,Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan “Bank-Market Platforması” istifadəçilərə gücləndirilmiş elektron imzadan istifadə edərək sistemə qoşulmuş müxtəlif banklarda fərqli bank hesablarının açılmasına və ödəniş kartlarının sifariş edilməsinə imkan verir.

Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda online konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiyasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və “Bank-Market Platforması”nın qarşılıqlı inteqrasiyası beynəlxalq təcrübədə rast gəlinən son trendlərdən biridir: “Belə ki, platformalaşma və müxtəlif platformalar arasında əlaqələrin dərinləşdirilməsi rəqəmsal transformasiyanın üstünlüklərini effektiv yararlanmağa və vahid pəncərə prinsipləri əsasında eyni platforma üzərindən elektron xidmətlərdən istifadə etməyə imkan verir”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 981 982 983 984 985 986 987 2. 683