Böyük Britaniyada ictimai iaşə sektorunda ƏDV 75 faiz aşağı salınacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Böyük Britaniyada ictimai iaşə sektorunda ƏDV 75 faiz aşağı salınacaq

varlıların vergiləri, vergi,Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak koronavirus epidemiyasından sonra iqtisadiyyatın yenidən canlandırılması üçün hökumətin 30 milyard funt sterlinq (64,1 milyard manat) həcmində investisiya planı barədə açıqlama verib.

Nazir parlamentdəki çıxışında hökumətin virus epidemiyası ilə bağlı işləməyənlərə haqqı ödənilməklə evdə qalmağa icazə proqramı çərçivəsində dəstəyinin sentyabr ayının sonuna qədər davam edəcəyini, proqram başa çatandan sonra isə müəssisələrdə çalışanların hər biri üçün 3 ay ərzində 1000 (2137 manat) funt sterlinq əlavə dəstək veriləcəyini bildirib.

Sunak, “Məşğulluğun qorunması bonusu” adlandırılan bu proqramın hökumətə ümumilikdə 9,4 milyard funt sterlinqə (20 milyard manat) başa gələcəyini qeyd edib.

Maliyyə naziri ictimai iaşə, qonaqlama sahəsində tətbiq olunan ƏDV-nin müvəqqəti olaraq 20 faizdən 5 faiz səviyyəsinə endiriləcəyini vurğulayıb. Avqust ayında həyata keçiriləcək “Evdən kənarda ye və yardımçı ol” proqramı çərçivəsində restoranlarda yemək yeyənlərin 50 faiz səviyyəsində endirimdən faydalana biləcəyi, bunun ümumi dəyərinin 500 milyon funt sterlinq (1 milyard manat) olacağı və 1,8 milyon insanın məşğulluğunu davam etdirməsinə yardım edəcəyi bildirilib. Bu proqrama əsasən bazar ertəsi¸ çərşənbə axşamı və çərşənbə günləri restoranlarda yemək yeyən hər kəs 10 funt sterlinqə qədər dövlət dəstəyindən istifadə edə biləcək.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email