Bu bəyannamənin tərtib olunması qaydasında dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

işə qəbulMənfəət vergisi bəyannaməsinin tərtib olunması qaydasında dəyişiklik edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla mövcud bəyannamələr, onların əlavələri və tərtib olunması qaydaları da yenilənib

Bu yenilik vergi sahəsində aparılan islahatlardan irəli gələn məsələlərin həlli, güzəşt və azadolmaların uçotunun dəqiq aparılması, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədi daşıyır. Мənfəət vergisinin bəyannaməsinin tərtib edilməsinin yeni qaydasına əsasən, bəyannamə mənfəət vergisinin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda fəaliyyətləri ilə bağlı göstəricilər əks etdirilməklə tərtib olunmalıdır. Bəyannamədə Vergi Məcəlləsinin 103-cü maddəsinə və “İxrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanunun 3.2.1. və 3.2.2.-ci maddələri nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünüidarəetmə orqanları bu bəyannaməni yalnız sahibkarlıq fəaliyyətindən gəlir əldə etdikləri təqdirdə təqdim edirlər.


Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib


Vergi ödəyicilərinə bəyannamənin “Qeyd” yerində bəyannamə formasının tərtib edilməsi qaydaları ilə tanış olmaq, eyni zamanda tərtibat zamanı tələb edilən şərtləri nəzərə almaq tövsiyə olunur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email