Bu il e-qaimə fakturalar üzrə 14,1 milyon manatlıq əməliyyat aparılıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes
e qaiməVergilər Nazirliyi: “Bu il e-qaimə-fakturalar üzrə 14,1 mln. manatlıq əməliyyat aparılıb”

“2018-ci ilin may ayına olan məlumata əsasən, cari ilin ötən dövrü ərzində e-qaimə-fakturaların sayı ümumilikdə 2 milyon 651 min 795 ədəd olub”.

Bunu Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin əməkdaşı Emil Əzizli deyib.

E.Əzizlinin sözlərinə görə, e-qaimə-fakturaların əksəriyyəti Bakı şəhəri ərazisinin payına düşür:

“Bu e-qaimə-fakturalardan 2 milyon 421 min 745 ədədi (91,32%) Bakı şəhəri, 230 min 050-si (8,68%) isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə-fakturalar üzrə əməliyyatların məbləği 14,1 mln. manat olub”.

Bu hər e-qaimə-faktura üzrə ortalama 5,32 manatlıq əməliyyat aparılması deməkdir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email