Bu məhsulun satışı ƏDV-dən azad edilib

posted in: Vergi, Xəbər | 0

Podratçı, əmək məcəlləsi, emek mecellesi, emek pensiyasi, Əmək pensiyası, vergilər nazirliyi struktur Dövlət rüsumuPrezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. (ƏDV, EDV)

Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilib.

Başqa sözlə, Məcəlləyə edilmiş dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad edilib.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı əlavə dəyər vergisindən azaddır.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
məhsulun satışı, ƏDV, EDV
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *