Bu ölkədə vergi idarəsi toy mərasimlərini daha ciddi yoxlayacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi idarəsiRumıniyada vergi idarəsi toy mərasimlərini daha ciddi yoxlayacaq

Rumıniyada toy mərasimlərində xidmətlərindən istifadə olunan fiziki və hüquqi şəxslərin vergi nəzarəti gücləndirilir. Yeni nəzarət üsulu xüsusilə fotoqraflara, videooperatorlara və restoranlara şamil olunacaq.

Aydın Kərimovla mühasibat uçotu kursu

Rumıniya Milli Vergi İdarəçiliyi Agentliyi toy sahiblərinə mərasimdə iştirak edən firmaların, vətəndaşların və dini mərasimlərin təşkilatçılarının yazılı şəkildə adlarını, firmaların isə adlarını və ünvanlarını təqdim etmək tələbi ilə məktublar göndərib.

Vergi orqanlarının tələblərini pozan cütlüklər 430 avrodan 1000 avroyadək cərimələnəcəklər.

İqbal Hacıyev – azertag.az

Bax: Qazaxıstanda vergi amnistiyası elan edilib


Print Friendly, PDF & Email