Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

ƏDV ödəyicisiSual: Müntəzəm qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirənlər aşağıdakı tələblərə cavab verdiyi halda, ƏDV qeydiyyatına alına bilərlər:

• göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edənlər və ödəyənlər;
• digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə olunması üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirənlər;
• göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edənlər.


Elektron qaimə-faktura verməsək bizi hansı cərimələr gözləyir?

Əsas: Vergi Məcəlləsi, 156.1-1-ci maddə

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

  1. Nahid
    |

    ))