Bu şirkətdə 55 nəfər müqaviləsiz işçi aşkarlanıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı “Bon Appetit” şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibat aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı isə əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən edilib.

Aşkar edilmiş hallarla bağlı aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibat” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi bağlanılmayıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email