Xaricdəki şirkətlərlə xidmət göstərən Mikro sahibkarlıq subyekti Sadələşdirilmiş vergi ödəyicisi ola bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Xaricdəki şirkətlərlə xidmət göstərən Mikro sahibkarlıq subyekti Sadələşdirilmiş vergi ödəyicisi ola bilər?


sadələşdirilmiş vergi
Sual: Mən Rusiya və Almaniyada fəaliyyət göstərən 2 şirkətə agent müqaviləsi əsasında xidmət göstərirəm. Bilmək istəyirəm dəyişikliklərə əsasən 2019-cu ildən neçə faiz ilə vergi ödəməliyəm?
Cavab: VM 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmadığından 1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlisiniz və əldə olunan gəlirdən çəkdiyiniz xərclər çıxılmaqla qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz. O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 102.1.30-cu və 218.5.10-cu maddələr.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email