Bütün İT şirkətləri vergi güzəştləri əldə edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Azərbaycanda yeni innovasiya mərkəzi inşa olunacaq.

Bunu “Microsoft”un 28 fevralda keçirdiyi İnnovasiya Forumunda çıxış edən “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Tural Kərimli deyib.

T. Kərimli qeyd edib ki, bu mərkəz 2019-cu ilin sonuna qədər istifadəyə veriləcək.

“Qeyd etmək istərdim ki, 2019-cu ilin sonunadək Yüksək Texnologiyalar Parkının nəzdində müasir innovasiya mərkəzi istifadəyə veriləcək. Bu mərkəz şəhərin mərkəzində yerləşəcək. Hazırda proses gedir. Ümumi ərazisi 7 min kv. metr təşkil edəcək və keçmiş Xətai Qovşağının yerində olacaq. Bütün İT şirkətlərə rezident statusu veriləcək və onlar vergi güzəştləri əldə edəcəklər”, – deyə T.Kərimli əlavə edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email