Çexiya ilə bağlı maraqlı faktlar.
Üçüncü hissə.
- Bu ölkədə “çex narı” adlandırılan qiymətli daş çox məşhurdur. Əfsanəyə görə, bu daş möcüzəvi xüsusiyyətlərə malikdir və öz sahibi üçün bir talisman rolunu oynayır.
- Və əlbəttə ki, çex pivəsi dünyada ən dadlı pivələrdən hesab olunur. Çex pivə bişirənləri dünyada böyük uğur və nüfuza malikdirlər.
- Bu ölkədə avtobillə hərəkət etmək üçün, yəni pullu çex yollarında hərəkət etməkdən ötrü avtomobilin qabaq şüşəsinə yapışdırmaq üçün “vinyetka” (etiket-nakleyka) almaq lazımdır. Bunsuz sizi böyük məbləğdə cərimə gözləyir.
- Çexiyada bütün qərb ölkələrində olduğu kimi “bir” rəqəmi üçün bizlərdə qəbul olunduğu kimi şəhadət barmağını deyil, böyük barmağı göstərmək qəbul edilib.
- “Biabırçılıq” (pozor) sözü çexcə “Ehtiyatlı ol” kimi tərcümə olunur. İlk dəfələrdə bu sözlərlə yazılan nişanlar insanı gülümsəməyə məcbur etsə də, sonra buna bir növ vərdiş edirsən.
- Praqa şəhəri Vltava çayı üzərində yerləşir.
- Metroda getmək üçün avtomatdan bütün şəhər nəqliyyatında istifadə olunan universal bilet almaq lazımdır. Biletlər istifadəsinə görə vaxta görə fərqlənir. Avtomat biletlərdə gediş vaxtının başlanmasını özü qeyd edir.
- Metro vaqonlarında nəzarətçilər olur, amma onlara çox az rast gəlmək mümkündür.
- Köhnə evlərin damlarında peyk antennaları görə bilməzsiniz – qadağan olunub. Bu qədim şəhərin görkəmini pozur.