Ən çox tələb olunan biznes: 9 ən yaxşı ideya (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Biznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznesin aktuallığını müəyyənləşdirə bilmək üçün aşağıdakı məqamları öyrənin:

  • mal və xidmətlərə tələbatın mövcudluğu və dinamikası;
  • tələb olunan xammal və materialların mövcudluğu;
  • rəqiblərin mövcudluğu və onların qiymət siyasəti;
  • maya dəyərini qısa müddətə qazanmaq.

Beləliklə, sadəcə, bazarı öyrənmək və konkret ölkənin və yaşayış məntəqəsinin əhalisinin nəyə ehtiyac duyduğunu anlamaq lazımdır.

Məsələn, böyük şəhərdə təzə tərəvəz və meyvələrin satışı üzrə biznesə həmişə tələbat olacaq. Halbuki kənddə demək olar ki, hər kəsin öz bostanı var və onun sakinləri yalnız öz ləklərində yetişdirə bilmədikləri məhsulları alırlar.

Öz biznesinə tələbatın olmasından ötrü sahibkardan nə tələb olunur?

Bir işə başlarkən, yalnız şansa güvənməyin.

Uğur yalnız xarici amillərin təsirindən asılı deyil, sahibkarın özü diqqət çəkmək üçün hər cür səy göstərməlidir.

Birincisi, biznes növünün tələb olunan və ya tələb olunmayan olduğunu müəyyən etmək üçün bir neçə ideya seçmək və onlara olan tələbatın təhlilini aparmaq lazımdır.

İkincisi, sahibkar öz məhsul və ya xidmətlərinin əhəmiyyətini istehlakçıya çatdırmalı və özünə məxsus olan biznesin həqiqətən də tələb olunacağını sübut etməlidir.

Xüsusilə də bu, bazarda hansısa yeni məhsullara aiddir.

Bunun üçün savadlı və fəal reklam kampaniyası aparmaq lazımdır.

Üçüncüsü, hər bir müştəriyə xüsusi yanaşma tətbiq edə bilən və onu bir məhsula və ya xidmətə ehtiyacı olduğuna inandıra bilən ixtisaslı kadrlar işə götürməyiniz lazımdır.


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email