Debitor borclar veksel vasitəsi ilə necə bağlanır

posted in: Xəbər | 0

Debitor borclar biznes üçün dondurulmuş pullarıdır. Əgər onların artımı idarə edilməzsə, müəssisə xərcləri ödəyə bilmir və itkilərə məruz qalır.

Debitor borcları iki yolla – onun təminatını əvvəldən təmin etməklə yaxud tamamilə digər şirkətlərə (məsələn, veksel vasitəsi ilə) satmaqla azaltmaq olar.

Debitor borcların təminatı

Təminat məsələsini müqavilənin bağlanma mərhələsində nəzərdə tutmaq olar. Bu zaman aşağıdakı variantlardan istifadə mümkündür:

  • üçüncü tərəfin zəmanəti: əgər borcu debitor özü ödəməsə, kreditor bu məbləği üçüncü tərəfdən tələb edə bilər.
  • girovla təminat: təminatı kimi debitor öz əmlakını – məsələn, daşınmaz əmlakı, nəqliyyatı girov qoyur, əgər borc ödənməzsə, kreditor əmlaka sahiblik edə yaxud sata bilər.
  • bank qarantiyası bankın zəmanət sənədidir: sənədə əsasən, borclu borcu ödəməsə, zamin bank bunu edəcək.

Debitor borclarının satışı

 Bunu tapşırıq müqaviləsi, faktorinq, veksel vasitəsi ilə həyata keçirmək olar. Debitor borcları həmişə borcun faktiki məbləğindən çox aşağı satılır. İstənilən halda kreditor pulun bir hissəsini itirir, lakin ən azı bir qədər pul vəsaitini geri qaytarmış olur.  Adətən borcların satışı biznesin təcili olaraq pul vəsaitlərinə tələbatda  boşluqları doldurmaq lazım olduqda aktualdır.

Mühasibat xidmətləri

Debitor borcları sığortalana da bilər. Bu halda komissiya ödəməli olacaqsınız, lakin bu halda borcun bütün məbləğini sığorta şirkətindən almaq imkanı var.

Veksel və debitor borclar

Veksel müəyyən müddət ərzində borcludan müəyyən məbləği tələb etmək hüququnu təsdiq edən qiymətli kağızdır. Adlı qiymətli kağız hesab edilən veksel qiymətli kağızların müxtəlif növlərindən biridir. Onun vasitəsi ilə şəxs, üçüncü şəxsə başqa şəxsə ödəniş etmək barədə sərəncam verir.

Veksel malların (işlərin, xidmətlərin) ödənişi üçün təqdim edildikdə onun tanınması veksel saxlayan tərəfindən aşağıdakı hallardan biri kimi aparıla bilər:

Əgər veksel likviddirsə, habelə mühasibat uçotu subyekti ondan ödəniş vasitəsi kimi istifadə etmək və ya 3 ay ərzində geri qaytarılmaq üçün təqdim etmək niyyətindədirsə, belə bir veksel pul ekvivalenti kimi tanınır. Həm gəlirli, həm də qeyri-gəlirli veksellər ekvivalent kimi tanına bilər. Adətən pul vəsaitlərinin ekvivalentləri kim böyük bankların vekselləri istifadə olunur. Onlar hesablar planının “Qısamüddətli aktivlər” bölməsinin 225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” adlı hesabında uçota alınır.

Pul vəsaitlərinin ekvivalenti kimi tanınmayan, faiz və ya diskont şəklində gəlir gözlənilən veksel maliyyə investisiyası kimi təsnif edilir və veksel üçün köçürülmüş pulun dəyərində uçota alınır.

Pul vəsaitlərinin ekvivalenti kimi tanınmayan, gəlir gətirməyən veksel mühasibat uçotu subyektlərində, bir qayda olaraq, digər debitorlarla hesablaşmalar kimi uçota alınır.

Köçürmə vekseli

Veksellərin təsnifatı müxtəlif amillər üzrə aparıla bilər (məsələn, faiz ödənişlərinə görə, tərəflərin sayına görə, və sair). Veksel münasibətlərində iştirak edən tərəflərin sayına görə aşağıdakılar fərqləndirilir:

  • sadə veksel;
  • köçürmə veksel

Sadə vekseldə bir tərəf digər tərəfə ödəniş etmək öhdəliyi götürür. Köçürmə vekselində ödəmə öhdəliyi ötürülə bilən 3 tərəf iştirak edir.

Köçürmə vekselində bir sıra məlumatlar əksini tapmalıdır. Belə məlumatlara ödənişin kim tərəfindən kimə edilməsi, tarix, yer, veksel verənin imzası, ödəniş vaxtı, ödənişin icra yeri kimi məlumatlar aiddir.

Köçürmə vekseli xarici valyutada da yazılıb verilə bilər. Belə olduqda ödəniş gününün manatla məzənnəsi əsas götürülməlidir. Xarici valyutada olan vekselin ödənişi gecikməsi ilə bağlı maraqlı bir məqam vardır. Ödənişi vaxtında əldə etməmiş veksel saxlayan istəsə tələb etmək hüququna malikdir ki, gecikdirilmiş ödəniş üzrə ödəniş günün deyil, ödənilməli günün məzənnəsi hesaba alınsın.

Başqa bir maraqlı məqam ondan ibarətdir ki, veksel verən Mərkəzi Bankın deyil özünün qabaqcadan göstərdiyi məzənnəylə hesablamanın aparılmalı olduğunu bildirsin.    

Veksellərin uçotu

Maliyyə bazarlarına nəzarət orqanı veksellərin uçotuyla bağlı normativ xarakterli aktlar qəbul edir. Maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçərək fəaliyyət göstərməyə başlamış kredit təşkilatları, habelə digər qurumlar veksellər üzrə xidmətlərin göstərilməsiylə məşğul ola bilərlər.

Mühasib olaraq biz alınmış, verilmiş vekselləri bir-birindən fərqləndiririk. Bizim təşkilat tərəfindən tərtib edilmiş veksel (verilmiş veksel) 531 nömrəli hesabımın subhesabında uçota alınmalıdır. Veksellə bağlı müstəqil hesab mövcud olmadığın həmin subhesabı, bəzən 404, yaxud 504 nömrəli hesablarda da açanlara rast gəlmək olar.

Başqa firma və şəxslərdən aldığımız vekselləri isə (alınmış veksel) 182 və 233 nömrəli hesabların subhesablarında uçota ala bilərik.

182 saylı “Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot