181 saylı “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Sair uzunmüddətli maliyyə aktivləri üzrə uçot

Maliyyə qoyuluşları müddətinə müvafiq olaraq uzunmüddətli və qısamüddətli olur. Qoyuluşların hansı kateqoriyaya aid olduğu müəssisə tərəfindən dəqiq müəyyən edilməlidir. 181 saylı “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar“ hesabı hesablar planının 18-ci maddəsinə (“Sair uzunmüddətli maliyyə aktivləri”) aid olan hesablardan biridir. Bu maddənin əhatə etdiyi hesablardan bir ildən çox müddətə:

  • törəmə müəssisələrə qoyulan uzunmüddətli investisiyalar, yaxud;
  • başqa müəssisələrin kapitalına qoyulan uzunmüddətli investisiyaların, habelə;
  • başqa müəssisələrə verilən uzunmüddətli borclar əks etdirilir.

Başqa sözlə haqqında bəhs etdiyimiz maddə üzrə açılan hesablarda asılı və birgə müəssisələrdən başqa, həm də digər müəssisələrə qoyulan uzunmüddətli borclar, investisiyalar, maliyyə aktivləri ilkin dəyəri ilə uçota alınır. Hesablar planının 18-ci maddəsinin tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 19.1-ci maddəsinə uyğun olaraq aşağıdakılardan ibarətdir.

Hesablar Planının 18-ci maddəsi üzrə açılan hesablar: “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar”, “Verilmiş uzunmüddətli borclar”, “Digər uzunmüddətli investisiyalar”, “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər”.

Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar üzrə uçot

181 nömrəli “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar“ hesabı ödəniş məbləği, ödəniş tarixi məlum olan uzun müddətli maliyyə aktivlərinin  hərəkətini və mövcudluğunu uçota almaq üçün nəzərdə tutulub. Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalara:

  • başqa müəssisələrin qiymətli kağızları;
  • dövlət borcları üzrə faizli istiqrazları;
  • yerli borclar üzrə faizli istiqrazları və s. misal göstərmək olar.

Aktiv hesab olan 181 hesabında mühasibat uçotu subyektinin ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyaların:

  • ilkin dəyəri ilə uçotu yuxarıda qeyd edilən qaydaların 19.3-cü bəndi;
  • hər il faiz məbləğlərinin hesablanması halları 19.5-ci bəndi;
  • tanınmasının dayandırılması zamanı yaranan hallar 19.6-cı bəndi;
  • debitor borclarının müqabilində əldə edilməsi halı isə 19.7-ci bəndi əsasında nizamlanır.

Aşağıda ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar ilə bağlı müxabirləşmə nümunələri verilib.

İnvestisiyaların əldə edilməsi halı

Nümunə 1: “A” MMC fəaliyyət göstərdiyi dövrdə müəyyən layihələri maliyyələşdirə bilmək üçün “B” MMC-dən 100 manat nominal dəyəri 2 il müddəti 10% illik gəliri olan  2000 ədəd istiqraz alıb. Faizlər istiqraz sahiblərinə ildə bir dəfə ödənilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazların əldə edilməsi 181 – Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 20000.00
2 1-ci ilin faiz gəlirləri gələcək dövrün gəlirləri kimi faizlər üzrə qısamüddətli debitor borcları kimi tanınır 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 542 – Gələcək hesabat dövrünün gəlirləri 2000.00
3 İstiqrazlar üzrə faiz gəlirlərinin uçota alınması 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 442 – Gələcək hesabat dövrünün gəlirləri 2000.00
4 1-ci il üçün faiz borcunun ödənilməsi 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 2000.00
5 1-ci il üçün faizlərdən olan gəlirlərin tanınması 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 2000.00
6 1-ci il üçün olan faiz gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 2000.00
7 2-ci ilin faiz gəlirləri uzunmüddətli gəlirlərdən qısamüddətli gəlirlərə aid edilir 442 – Gələcək hesabat dövrünün gəlirləri 542 – Gələcək hesabat dövrünün gəlirləri 2000.00
8 2-ci il üçün hesablanan faiz uzunmüddətli debitor borclarına əlavə edilir 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 2000.00
9 2-ci il üçün faiz borcunun ödənilməsi 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 2000.00
10 2-ci il üçün faizlərdən olan gəlirlərin tanınması 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 2000.00
11 2-ci il üçün olan faiz gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 2000.00
12 2 ilin sonunda istiqrazın bağlanılması 223 – Bank hesablaşma hesabları 181 – Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar 20000.00

Nümunə 2: “A” MMC  B müəssisəsinin emissiya etdiyi nominal dəyəri 5 manat, 2 il müddəti illik faiz dərəcəsi 20% olan 2000 ədəd istiqrazını, müddəti sonuna kimi saxlamaq üçün əldə etmişdir. Bank hesablaşma hesabından köçürülmə üsulu ilə istiqrazların dəyəri ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazların əldə edilməsi 181 – Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 10000.00

Torpaq, tikili və avadanlıqların istismara verilməsi

Print Friendly, PDF & Email