182 saylı “Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Uzunmüddətli aktivlər

Uzunmüddətli aktivlər 12 aydan daha çox müddətdə istifadə olunacaq aktivlərdir. Hesablar planının birinci bölməsinə aid olan uçot hesabları üzrə qeydə alınan belə aktivlərə uzunmüddətli maliyyə investisiyaları, cari dövriyyə aktivləri, qeyri-maddi aktivlər, uzunmüddətli kreditlər və yenidən satış üçün nəzərdə tutulmayan digər aktivlər aid edilə bilər. Satış üçün alınmış uzunmüddətli aktivləri uçota almaq üçün 205 saylı “Mallar” hesabından istifadə etmək məqsədəuyğundur, çünki onlar öz iqtisadi mahiyyətinə görə mallara yaxındır.

Uzunmüddətli maliyyə investisiyalarına aşağıdakılar nümunə göstərilə bilər:

  • qiymətli kağızlara qoyulan məbləğlər;
  • uzunmüddətli depozitlər;
  • uzunmüddətli kreditlər və sair.

Uzunmüddətli aktivlər ədalətli dəyərlə qiymətləndirilir ki, bu da bazar qiymətləri, onların əvəzlənməsi üzrə xərclər, gəlirlilik və digər bu kimi əsasında müəyyən edilə bilər.

Sair uzunmüddətli maliyyə aktivləri

Maliyyə qoyuluşları müddətinə görə uzunmüddətli və qısamüddətli kimi təsnif edilə bilər. Müəssisə qoyuluşların hansı kateqoriyaya aid olduğu dəqiq müəyyən etməlidir.  Sair uzunmüddətli maliyyə aktivlər üzrə əməliyyatlar hesablar planının 18-ci maddəsində açılmış hesablar üzrə uçota alınır. “Sair uzunmüddətli maliyyə aktivləri” maddədə  asılı və birgə müəssisələr istisna olmaqla, digər müəssisələrə qoyulan:

  • uzunmüddətli borclar;
  • investisiyalar;
  • maliyyə aktivləri ilkin dəyəri əsasında uçota alınır.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  mühasibat uçotunda tətbiq edilən hesabların tərkibini , subhesabların açılması, müxabirləşmələrin verilməsi qaydalarını tənzimləyir.

Həmin qaydaların 19.1 bəndinə görə  “Sair uzunmüddətli maliyyə aktivləri” maddəsinin tərkibində aşağıdakı hesablar açıla bilər:

Hesablar Planının 18-ci maddəsi üzrə açılan hesablar: Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar”, “Verilmiş uzunmüddətli borclar”, “Digər uzunmüddətli investisiyalar”, “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər”.

 

182 saylı “Verilmiş uzunmüddətli borclar“ hesabı 18-ci maddənin sıraca ikinci hesabıdır. Birinci 181 saylı “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” hesabı üzrə uçot haqqında eyni adlı məqaləmizdən oxumaq olar.

“Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot

182 saylı hesabda müəssisənin başqa müəssisələrə verdiyi uzunmüddətli (1 ildən artıq olan) pulların yaxud da digər borcların uçotu aparılır. Uzunmüddətli verilmiş borclar dedikdə faiz gətirən dövlət və ya fərdi istiqrazlar, digər müəssisələrə verilmiş borclar, nəzərdə tutulur. İstiqraz dedikdə isə müəyyən bir müddətə, təyin edilmiş faiz dərəcəsinə, əsas borcun müddət sonunda bir dəfəyə yaxud başqa  bir ödəmə formasına görə geri dönmə sözü verən maliyyə aktivi nəzərdə tutulur.

182 №li “Uzunmüddətli verilmiş borclar“ hesabı aktiv hesabdır. Hesab üzrə mühasibat uçotu subyekti tərəfindən verilmiş uzunmüddətli borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Debitor borclar verilmiş uzunmüddətli borclar kimi təsnif edilən ayrı-ayrı hallar üzrə müxabirləşmələr yuxarıda qeyd edilən qaydaların 19.10 və 19.11 bəndləri ilə tənzimlənir.

Səhmlərin buraxılması hesabına verilmiş uzunmüddətli borclara aşağıdakı mühasibat yazılışları verilir:

Db 302 Kr 301

Db 182 Kr 302

Müxabirləşmələr müvafiq subhesablar üzrə aparılır.

Uzunmüddətli verilmiş borclar ilə bağlı müxabirləşmə  nümunələri aşağıda verilib.

Uzunmüddətli borcların verilməsi zamanı müxabirləşmələr

Nümunə :   “A” MMC “B” MMC-ə 2 illik faiz dərcəsi 20% olmaq şərti ilə 40000 manat uzunmüddətli borc vermişdir. Verilmiş uzunmüddətli borcla bağlı “B” MMC il ərzində 4000 manat olmaqla iki ildə 8000 manat faiz ödəməlidir.

Birinci il üçün ediləcək əməliyyatlar aşağıdakı kimidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisəyə uzunmüddətli borc verilir 182 – Uzunmüddətli verilmiş borclar 223 – Bank hesablaşma hesabları 40000.00
2 1-ci ilin faiz gəlirləri gələcək dövrün gəlirləri kimi faizlər üzrə qısamüddətli debitor borcları kimi tanınır 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 542 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
3 Sonrakı il üçün hesablanan faiz gəlirləri gələcək dövrün gəlirləri kimi tanınır 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 442 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
4 1-ci üçün faiz borcunun ödənilməsi 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 4000.00
5 1-ci il üçün faizlərdən olan gəlirlərin tanınması 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 4000.00
6 1-ci il üçün olan maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 4000.00

 

İkinci il üçün ediləcək əməliyyatlar aşağıdakı kimidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 2-ci ilin hesablanan faiz borcu Faizlər üzrə uzunmüddətli debitor borcu kimi tanınır 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 176- Faizlər üzrə uzunmüddətli debitor borcları 4000.00
2 2-ci ilin Gələcək

hesabat dövrünün gəlirləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirilir

442 – Gələcək

hesabat dövrünün

gəlirləri

542 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
3 2-ci ilin hesablanmış faizləri bank hesabına ödənilir 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 4000.00
4 1-ci ilin faizlərdən olan gəlirləri maliyyə gəlirləri kimi tanınır 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 4000.00
5 1-ci ilin maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanılır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 4000.00
6 Uzunmüddətli verilmiş borcun hesablaşma hesabına qaytarılması 223 – Bank hesablaşma hesabları 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 40000.00

 

Torpaq, tikili və avadanlıqların istismara verilməsi

Print Friendly, PDF & Email