Debitor borcun bağışlanması və gəlirdən çıxılması necə rəsmiləşdirilməlidir?

posted in: Vergi, Xəbər | 0

Debitor borcSual: Ləğv prosessində olan şirkətin 2009-cu ilin əvvəlindən 2012-cil ilin axırına qədər olan dövr ərzində müəyyən məbləğdə debitor borcları əmələ gəlib. Şirkət vergilərin uçotunu kassa metodu ilə aparır. Suallarımız belədir:
1. Vergi ödəyicisi debitor borcunu borclu olan şirkətə bağışlayırsa, həmin borc məbləğini gəlirdən çıxa bilərmi? Debitor borcunun bağışlanılması hansı sənədlə rəsmiləşdirilir?
2. Vergi ödəyicisi vergi uçotu hesablama metodu ilə aparsaydı, yaranmış ümidsiz debitor borcunu gəlirdən çıxa bilərdimi?
3. Borclu olan vergi ödəyicisində həmin ödənilməmiş əsas borc və ƏDV məbləği üzrə hansı vergi öhdəlikləri yaranır?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə uyğun olaraq təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə debitor borcun formalaşması ilə gəlirlərin tanınması gəlirlərin və xərclərin uçotu hesablama metodu ilə aparıldıqda baş verir.
Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar əvvələr gəlir kimi vergiyə cəlb olunmuş, lakin sonrakı dövrlərdə ödənilməmiş debitor borcları ümidsiz borc hesab olunur və müvafiq məbləğ gəlirdən çıxılır.
Bu halda:
– verg ödəyicisi uçotu hesablama metodu ilə aparmalı;
– debitor borc yalnız malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əmələ gəlməlidir;
– ümidsiz borc kimi silinən məbləğ əvvəlki debitor borcun yarandığı dövrdə gəlir kimi nəzərə alınmalı və vergiyə cəlb olunmalıdır.

Qeyd olunan şərtlər yerinə yetirildikdə vergi ödəyicisi ümidsiz borc kimi təsnifləşdirilən debitor borcu ümidsiz borc kimi təsdiqləndiyi və mühasibat kitablarında sildiyi halda gəlir (mənfəət) vergisinin məqsədləri üçün xərc kimi nəzərə ala bilər.
Bax: Vergi Məcəlləsinin 111-ci maddələri.
Eyni zamanda, Bildiririk ki, rezident şəxsə bağışlanmış borc pul vəsaitləri onun gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək ümumi qaydada mənfəət (gəlir) vergisinə cəlb olunmalıdır.
Bax: Vergi Məcəlləsinin 13.2.16.5-ci, 97.1-ci, 101.3-cü, 104-cü və 105-ci maddələri.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *