Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında 41 153 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək ödəniş edilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Müavinət ödənişləri 19 148 qız, 22 005 oğlan uşağına görə həyata keçirilib.
Məlumatların müqayisəsi göstərir ki, doğuma görə birdəfəlik müavinət alanların sayı son üç ildə azalma nümayiş etdirir. Belə ki, 2026-cı ilin ilk yarısında müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 284 nəfər və ya 11.4%, 2024-cü illə müqayisədə isə 10 344 nəfər və ya 20.1% azalıb.
2025-ci ilin yanvar-iyun aylarında bu göstərici 46 437 nəfər, 2024-cü ilin eyni dövründə isə 51 497 nəfər təşkil etmişdi.
Doğuma görə birdəfəlik müavinət alanların sayı, nəfərlə (Mənbə: DSMF)
| Dövr | Cəmi | Qız👧🏻 | Oğlan👦🏻 |
| 2024 yanvar-iyun | 51 497 | 23 965 | 27 532 |
| 2025 yanvar-iyun | 46 437 | 21 765 | 24 672 |
| 2026 yanvar-iyun | 41 153 | 19 148 | 22 005 |
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə 28 631 doğulan körpə qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum əmsalının 9.4-dən 8.5-ə enməsi ilə müşayiət olunub. Həmin dövrdə doğulan körpələrin 53.6%-i oğlan, 46.4%-i isə qız olub.
Mənbə: banker.az