Dünya ölkələri və maliyyə təşkilatlarının qızıl ehtiyatları
Koronovirus pandemiyası səbəbiylə ortaya çıxan iqtisadi böhran zamanı neftin qiyməti xeyli aşağı düşsə də, bunun əksi olaraq dünyada qızılın qiyməti özünün ən yüksək həddinə yaxınlaşıb.
Bəs dünyanın hansı ölkələri bu qiymətli metal ehtiyatlarına görə liderlik edirlər?
Qızıl ehtiyatları həcminə görə ABŞ, Almaniya və beynəlxalq valyuta fondu (BVF) liderlik edirlər.
Ən çox qızıl ehtiyatına malik ölkələrin və təşkilatların siyahısını diqqətinizə çatdırırıq:
- ABŞ – 8134 ton
- Almaniya – 3364
- Beynəlxalq valyuta fondu – 2814
- İtaliya – 2452
- Fransa – 2436
- Rusiya – 2299
- Çin – 1948
- İsveçrə – 1040
- Yaponiya – 765
- Hindistan – 642
- Niderland – 613
- Avropa mərkəzi bankı – 505
- Türkiyə – 485
- Tayvan – 422
- Qazaxıstan – 388
- Portuqaliya – 383
- Özbəkistan – 338
- Səudiyyə Ərəbistanı – 323,1
- Böyük Britaniya – 310
- Livan – 287 ton.