Dünya ölkələrində icarə qiymətləri (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Dünya ölkələrində icarə qiymətlərinin hansı həddə olması böyük maraq doğurur. Məsələn, bizdəkindən fərqli olaraq bir çox inkişaf etmiş Qərb ölkələrində yerli sakinlərin bir çoxu yaşamaq üçün şəxsi ev və ya mənzil əvəzinə icarə evlərə və ya mənzillərə üstünlük verirlər. Bu mənadə icarə qiymətləri maraq doğurmaya bilmir. Elə də olur ki, kimlərsə başqa ölkələrə hətta turist kimi səyahət etdikdə belə, oteldə qalmaq əvəzinə şəxsi mənzil kirayə götürməyə üstünlük verirlər. Həmçinin icarə şərtlərini öyrənmək də bizcə yerinə düşər.

Keçən dəfəki yazımızda ABŞ, Kanada, Avstraliya və Türkiyədə mövcud olan qiymətlərdən bəhs etmişdik.

Bu dəfə isə Tailand və Yaponiyaya nəzər yetirəcəyik.

icarə qiymətləriTailand

Nəzəri olaraq bu ölkədə birotaqlı mənzillərin aylıq icarə qiymətləri 50 avrodan 70 avroyadək olan məbləğdən başlayır. Amma, belə mənzillərdə heç də hamı yaşamaq istəmir. Dənizdən uzaqda yerləşən bir qədər normal şəraitli mənzili 120 avroya kirayə götürmək olar. Özü də bu zaman mənzilin keyfiyyəti baxımından elə də ciddi fərqlər nəzərə çarpmır.

265 avroya kurort zonası Pattayanın dərinliklərində yerləşən Sukxumvitdə bir çox variantlarda mənzil icarəyə götürmək mümkündür. Lakin, həmin mənzillər çimərliklərdən və ictimai nəqliyyat marşrutlarından xeyli uzaqda yerləşir. Adətən bunlar köhnə binalarda yerləşən və köhnə mebellə təchiz olunmuş mənzillərdir.

285 avrodan başlayaraq, 715 avro civarında daha geniş, yeni mebellə təchiz olunmuş, təmirli və dənizə yaxın yerlərdə mənzil kirayələmək mümkündür. 1000 avroya isə birbaşa dəniz sahilində yerləşən lüks apartament icarəyə götürmək olur.

Lakin icarə haqqı heç də bütün məsrəflər demək deyil. Birincisi, icarə müqaviləsi bağlanılarkən, aylıq kirayə haqqına bərabər məbləğdə depozit ödəmək lazım gəlir. Bu, mülkiyyətin yaxşı qorunub saxlanılması məqsədilə həyata keçirilir. Hər hansı bir zay olma faktı aşkar olunmazsa, sonda həmin depozit geri qaytarılır. Suya və elektrikə görə ödənişlər bir qayda olaraq kirayə haqqına daxil edilmir və buna görə ayrıca ödəniş etmək lazım gəlir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

icarə qiymətləriYaponiya

Yaponiyada kirayə mənzillərin qiyməti ilk baxışda Moskvadakından elə də fərqlənmir. Lakin, real qiymətlər elandakından xeyli yüksək olur. Yaponiya mənzil bazarında sövdələşmələr vasitəçilərsiz baş tutur, çünki araçılara görə insanlar xeyli pul itirməli olurlar. İcarə müqaviləsi bağlayan şəxs bir qayda olaraq iki-üç aylıq kirayə məbləği həcmində girov qoymalıdır. Bundan əlavə, “açarlara görə ödəniş” yəni, mənzil sahibinə pul hədiyyəsi də etməli olursan. Bütün bu ödənişlərdən sonra altı aydan az olmayaraq və iki ildən çox olmamaqla – müqavilə imzalanır, daha uzunmüddətli müqavilə bağlanılmasına icazə verilmir. Bu isə o deməkdir ki, hər iki ildən bir yenə ev sahibinə hədiyyə məbləği verməli olacaqsan.

Elə də hiyləgər olmayan hesablamadan məlum olur ki, beton binada yerləşən 21 kvadrat metrlik sahəsi olan standart mənzil formal olaraq 55 avroya başa gəlir. Amma, birinici ayda bundan təxminən dəfələrlə çox miqdarda paradan keçməli olacaqsan.  Belə bir məbləğ necə yaranır?

İcarə qiymətinə ümumi xərclər də əlavə olunur. Misal üçün, girişin təmizlənməsi, bina qarşısında küçələrin işıqlandırılması ayda 40 avro edir, bura 165 avro girov (üçaylıq mənzil kirayəsi məbləği), 110 avro həcmində mənzil sahibinə hədiyyə, üstəgəl rielter komisyon haqqını da əlavə etmək lazımdır. Əgər, nəzərə alınsa ki, iki il müddətinə müqavilə bağlanılıb, onda mənzil ayda təxminən 715 avroya başa gələcək. Maraqlıdır ki, kirayəyə götürən bu zaman yalnız kv metrə görə ödəniş edir. Həmin mənzillər mütləq şəkildə boş olur: bütün mebeli  və digər texnikanı orada yaşayacaq şəxslərin özləri almalı olurlar.

Kommunal xidmətlərə görə ödənişlər də icarə haqqına daxil deyil – bununla bağlı hesablar müştəriyə göndərilir. Eləcə də avtomobil parkinqi və mənzillərə texniki xidmətə görə də əlavə ödənişlər nəzərdə tutulub.

Yaponiyada icarəyə verənlə icarəyə götürən arasında bütün şərtlərin dəqiq və detallı göstərildiyi müqavilələr – “nələri etmək olar” və “olmaz” şərtləri üzrə bağlanılır.  Adətən kirayəşinə mənzilin ümumi görünüşünə hər hansı bir dəyişiklik etməyə icazə verilmir: divarların rənglənməsi, pəncərələrin dəyişdirilməsi, divarlara rəsmlər asmaq və s. Divara vurulan mismar müqavilənin pozulması anlamına gəlir və buna görə ev sahibi kompensasiya tələb edə bilər. Kirayə mənzillərdə ev heyvanları saxlamaq da qəti qadağan olunur.

Təbii ki, heç nə istisna olunmur və yapon ev bazarında da xeyirxah ev sahibləri tapmaq mümkündür ki, onlar nə hədiyyə, nə yüksək mənzil haqqı tələb edir. Və belə mənzil sahibləri öz yaşayış yerlərini istənilən adama kirayəyə verməyə razı olurlar. Belələrinə, məsələn, dəmiryollarının birbaşa altında və ya elə də “yaxşı” sayılmayan mənzil sahiblərini aid etmək olar. Bir sözlə, burada həm qarşına çıxan şəxsin nəcibliyi və ya xeyirxahlığı, digər tərəfdən də bəxtin də rolu az deyil.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email