Dünyanın ən varlı adamı Jeff Bezos-un həyat heyakəsi

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

BezosDünyanın ən varlı adamı Jeff Bezos-un həyat heyakəsi


“Bloomberg”in versiyasına görə, planetin ən varlı adamı tituluna amerikan iş adamı, Jeff Bezos layiq bilinib, belə ki, onun sərvəti 137 milyard dollar təşkil edir. O, 1982-ci ildən bəri (varlı adamların reytinqi məhz, həmin ildən dərc olunmağa başlayıb) dünyada olan varlıların hər birindən daha çox sərvətə malikdir. Siyahıda ikinci yerdə isə Bill Gates qərarlaşıb.

Bezos öz sərvətini informasiya texnologiyaları (IT) sənayesində toplayıb. Onun başlıca aktivi – Amazon – internet-mağazasıdır, hansı ki, mövcud olduğu 24 il ərzində kitab satışını həyata keçirən kiçik bir meydançadan, hər şey ilə ticarət yapan dünyada ən nəhəng onlayn-riteylerə çevrilib. Bezosun daha bir yetişdirməsi: Blue Origin aerokosmik şirkəti gələn ildən Yerin orbitinə turist putyovkaları satmağı planlaşdırır və ilk qrupdaca kosmik turist kimi milyarderin özü iştirak etməyə hazırlaşır.

Bezos 54 il bundan əvvəl New-Mexico ştatında anadan olub. Onun anasının həmin vaxt 16 yaşı var idi, sirk ustası olan atasının isə bundan bir qədər çox, amma o, uşağın həyatında iştirak etməmək barədə qərar verdi. Hələ uşaqlıqdan oğlanda texniki zehniyyət yaxşı inkişaf etmişdi və o, bir çox bacarıqlara malik idi. Böyüklərə məxsus çarpayıda yatmaq arzusunu sübut etmək istəyən bu uşaq, özünün uşaq çarpayısını vintaçanın köməyilə səliqə ilə açaraq, bir kənara yığmışdı.

Jeff sonralar xatırlayırdı ki, onun üçün həyatda bənzəməyə çalışdığı iki nəfər var idi: Thomas Edison və Walt Disney. Birinci bacarıqlı ixtiraçı, amma, fərsiz biznesmen  idi. İkinci – əksi. Bezos dahi ixtarıçı və eyni zamanda dahi biznesmen olmağı arzulayırdı.

O, Priston universitetinin fizika fakültəsini bitirdi, hansı ki, orada kompüter elmlərini öyrənmişdi. Onun ilk startapı xəbərləri faks vasitəsilə çatdıran servis oldu. Yeri gəlmişkən, nəticədə Jeff-in mediabiznes sahəsinə münasibəti soyumadı: 2013-cü ildə o, The Washington Post amerikan nəşriyyat evini 250 milyon dollara satın aldı.

20 il bundan əvvəl isə o, öz həyatında ən başlıca qərarı verdi. Bunun dərk edilməsinə onu 1994-cü ildə İnternetin sürətli templərlə inkişafı səbəb oldu və Bezos bu bayramı öz həyatında hiss etmək istədi. Bu səbəbdən o, İnternetdə satmaq üçün 20 məhsulun siyahısını hazırladı və ən optimal variant olan kitablar satışı üzərində dayandı. Beləcə Amazon doğuldu. Baxmayaraq ki, Bezos ilkin olaraq onu Cadabra (Abracadabra-nın qısaldılmış variantı) adlandırmaq istəyirdi. Amma, hüquqşünaslardan birinin şirkəti səhvən Cadaver (meyit) adlandırmasından sonra Bezos şirkətin adını dəyişdirdi.

İnternet-mağazanın ofisi odun peçi ilə istilənən qarajda yerləşirdi, investorlarla görüşləri isə Jeff yerli kitab mağazasında aparırdı. İlk günlərdə şirkətin qapısında zəng asılmışdı, kim isə alış-veriş etdikdə o, zəng çalırdı. Bir neçə həftədən sonra zəngi kəsmək lazım gəldi, çünki o, aramsız çalmağa başlamışdı və işləməyə mane olurdu…


 Allen Carr – Dünyanı dəyişən mühasib

Hazırda Amazon şirkətində bütün dünya üzrə 500 min əməkdaş çalışır. Bezos bir müdir kimi çox tələbkardır və ilkin dövrlərdə o, hətta əməkdaşların üzərinə səsini də qaldırırdı. Belə şayiələr gəzir ki, o, hətta qəzəbin idarə olunması üzrə mütəxəssis də işə götürübmüş. Bundan əlavə, biznesmen həm də hədsiz qənaətcilliyi ilə məşhurdur. Onun şirkətində əməkdaşlara digər amerikan şirkətlərindən fərqli olaraq, gərginliyin azaldılması məqsədilə qida, massaj və digər əyləncələr təklif olunmur. Amma, bu heç də Jeff-in şirkətinə kapitallaşmaya görə dünyanın ən nəhəng şirkəti olmasına mane ola bilməyib: şirkətin kapitallaşması 700 milyard dollar təşkil edir və təhlilçilərin dəyərləndirməsinə görə bir neçə ildən sonra bu, 1 trilyona çata bilər ki, bu da tarixdə bir ilk olacaq.

Bununla yanaşı, Jeff Bezos sırıyıcı reklama bir o qədər də inanmır. Amazonun reklam büdcəsi belə bir şirkət üçün çox azdır. Bezos rəqəmsal dövrdə belə məhsulların reklamı üçün insanların bilavasitə özlərinin bir-birinə daha yaxşı məlumat ötürdüyünə əmindir. Ona görə o, həmişə belə deyir: “Siz müştərinizi xoşbəxt etsəniz, o, bunu beş dostuna çatdıracaq. Bədbəxt etsəniz, bu barədə beş yüz tanışı xəbər tutacaq”.

Bezos Amazonu, ardınca da Blue Origini yaratdıqda onun ideyalarının uğur qazanacağına az adam inanırdı. Əksinə, onu əhatə edənlər üzünə gülür və arxada isə tənqid edirdilər. Lakin Jeff həmişə özünə deyirdi: mən, sınaqdam çıxarmasam, sonra peşman olacam. Və indi ondan biznesdə onun uğurunun başlıca sirri nədədir soruşduqda, belə bəyan edir: “Biznesdə verilən geniş yayılmış sualdır: niyə? Bu yaxşı sualdır, lakin ondan daha qiymətli: niyə də yox?”

Jeff Bezos-un həyatından sizləri heyrətləndirəcək üç fakt:
  • O, “Star Trek: nəhayətsizlik” filmində yad planetli rolunda çəkilib.
  • O, sərvət üzrə Bill Gates-in rekordunu yeniləyib.
  • O, eynicinslilərin nikahlarının lobbiçiliyi üçün 2,5 milyon dollar xeyrriyyəçilik edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email