Portuqaliya duzlu məhsullara vergi tətbiq edir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

İndiyə qədər daha çox tərkibində şəkər olan məhsulların, xüsusilə qazlı içkilərin vergiyə cəlb edilməsi daha çox müzakirə olunan məsələlərdən idi. Verginin sağlamlıq faktoru ilə əlaqələndirilməsinin maraqlı təzahürlərindən biri Portuqaliyada baş vermişdir.   Hökumət tərəfindən yayılmış açıqlamada bildirilmişdir ki, duzlu ərzaq məhsulları üçün tətbiq edilən vergi əhalinin sağlamlığı ilə bağlı xərclərin ödənilməsi məqsədini daşıyır.

Həmçinin bax: Bu ölkə aviasiya vergisi tətbiq etmək niyyətindədir

Vergi qanununda edilmiş yeniliyə əsasən, 100 qram məhsulun tərkibində 1 qram və ya daha artıq duz olduqda həmin məhsulun  hər kiloqramı üçün 0,8 avro məbləğində vergi tutulacaq.

Yeni vergi ilə bağlı təklif Parlament Assambleyasına 2018-ci il üzrə büdcə çərçivəsində təqdim edilmişdir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email