fbpx

E-kassanın uçotdan çıxarılması

posted in: Xəbər | 0

elektron kassaE-kassaların uçotdan çıxarılması elektron kassa operatorları tərəfindən aşağıdakı prosedurlar yerinə yetirilməklə həyata keçirilir.

İlk öncə e-kassa istifadəçisi e-kassalarda sonuncu növbəni bağlayır. E-kassa istifadəçisi e-kassanı uçotdan çıxarmaq üçün gücləndirilmiş elektron imzadan istifadə etməklə e-kassanın uçotdan çıxarılması haqqında ərizə forması ilə vergi orqanına müraciət edir.

Bundan sonra, vergi orqanı tərəfindən e-kassa operatorunun elektron kabinetinə istifadəçiyə məxsus e-kassanın uçotdan çıxarılması üçün zəruri tədbirlərin görülməsi barədə bildiriş göndərilir.

E-kassa operatoru bildiriş daxil olduğu tarixdən 5 iş günü ərzində aparılmış əməliyyatlar barədə nəzarət mexanizmi qurğusunda toplanmış məlumatların tam şəkildə Vergilər Nazirliyinin elektron informasiya sisteminə ötürülüb-ötürülməməsini yoxlayır və zərurət yarandığı halda məlumatların Vergilər Nazirliyinin elektron informasiya sisteminə ötürülməsini təmin edir. Bununla yanaşı, e-kassa operatoru mütləq qaydada nəzarət mexanizmi qurğusuna yazılmış sertifikat faylını silərək qurğunu sıfırlaşdırır. Qeyd olunanlardan sonra e-kassa operatoru e-kassanın uçotdan çıxarılması barədə Akt tərtib edərək portal üzərindən vergi orqanına göndərir. Bu andan etibarən e-kassa qeydiyyatdan çıxarılaraq statusu dəyişdirilir. Akt istifadəçinin müraciəti əsasında kağız daşıyıcıda ona verilə bilər. E-kassanın uçotdan çıxarılması barədə bildiriş sistem tərəfindən hazırlanaraq e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir.

Mənbə: e-kassa.gov.az



Print Friendly, PDF & Email

error: Content is protected !!
vergi kursları, mühasibat kursları, bəyannamələrin hazırlanması, Hesabatların Hazırlanması,