ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən ƏDV-nin əvəzləşdirilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV-dən azad, Malın alğı-satqısı, ƏDV əvəzləşdirmələri,Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Bəs ƏDV ödəyicisi olan şirkət eyni zamanda digər malların satışını da həyata keçirirsə, ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərmi? (EDV)

Vergilər Nazirliyindən bildirilib ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən ƏDV-nin əvəzləşdirilməsi üçün iki hal nəzərdə tutulub:

  • həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir;
  • mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda isə ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-dən azad, EDV
Print Friendly, PDF & Email