ƏDV depozit hesabı üzrə sərəncam necə tətbiq edilir?

posted in: Xəbər | 0
birbank biznes

ƏDV, Elektron ticarət,ƏDV depozit hesabı üzrə borcun alınması zamanı vergi orqanı tərəfindən hansı halda icra sərəncamı göndərilir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 65.2.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

Vergi üzrə digər borcların alınması qaydasında olduğu kimi, ƏDV depozit hesabı üzrə borcun alınması zamanı iki halda vergi orqanı tərəfindən dondurulma yox, icra sərəncamı göndərilir.

Birinci hal: Tutaq ki, vergi ödəyicisi vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində 300 manat vergi öhdəliyinin olmasını bəyan edir. Bu halda, vergi borcunun alınması üçün dondurulma yox, icra prosesi həyata keçiriləcək. Çünki vergi ödəyicisinin bəyan etdiyi vergi üzrə borc yaranıb.

İkinci hal: Vergi orqanı kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə ƏDV hesablayır. Vergi ödəyicisi vergi orqanına yazılı müraciət edərək vergi borcu ilə razılaşdığını bildirir. Bu zaman artıq vergi orqanı vergi ödəyicisinə icra sərəncamı ilə vəsaitin ödənilməsinə icazə verəcək.

Mənbə: vergiler.az


Bax: ƏDV-nin hesablanmasında yaranan problemlər və həlli yolları


Print Friendly, PDF & Email