ƏDV nədir və bu vergi ilk dəfə nə vaxt, hansı ölkədə tətbiq olunub? (III hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV nədir və bu vergi ilk dəfə nə vaxt, hansı ölkədə tətbiq olunub? (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Fransa hökumətinin hansı mal və xidmət qruplarının güzəştli ƏDV dərəcəsinə layiq olduğu və ya hər şeyi tam şəkildə ödəməli olduğu barədə qərarı, müstəsna şəkildə lobbiçilərin işinin səmərəliliyindən asılıdır.

Yekunda imtiyaz əldə edən zəruri mallar sırasına burada çiçəklər və kabel televiziyası aid edilmişdir, sabun isə vergiyə ümumi əsasda cəlb olunur. Bəzən isə hətta məsələ kuryozlara qədər gedib çıxa bilir. Fransada adi Yeni il yolkalarına 5% dərəcə, üstünü süni qar bəzəyən şam ağacları isə artıq 20,6% dərəcə ilə ƏDV-yə cəlb olunur.

Almaniya ƏDV vergi ödəyicilərinə bir qədər az təzyiq edir: onun dərəcəsi 19%-ə bərabərdir. Həmçinin, çoxlu sayda mallar üçün 7% güzəştli faiz dərəcəsi tətbiq olunur. Bu vergini ümumilikdə artırmağa cəsarət etməyən alman hökuməti, zaman- zaman bu imtiyazlı siyahının azaldılması və ya heç olmasa onun dərəcəsinin artırılması üçün səy göstərir.

Hazırda ƏDV 136 dünya ölkəsinin vergi sisteminə daxil edilib. Lakin məsələn, ABŞ, Kanada və Avstraliyada sözügedən vergi yoxdur, bunun əvəzinə 2% – dən 11% – ə qədər olan satış vergisi, həmçinin ƏDV-nin təxmini analoqunun mövcud olduğu Yaponiyada – istehlak vergisi nəzərdə tutulur ki, onun dərəcəsi də cəmi 5% – ə bərabərdir.

Rusiyada olduğu kimi, bir çox Avropa ölkələrində də müəyyən gəlirdən aşağı gəlirli kiçik müəssisələr ƏDV ödənişindən azaddır. Belçika və Yunanıstanda kiçik sahibkarlar bu vergidən, hətta sadəcə, öz fəaliyyət növünə əsasən də xilas ola bilərlər. Məsələn, küçə ticarətindən, çatdırılma yolu ilə ticarət edənlərdən və ya aşağı qiymətlərlə mal satan dükanlardan söhbət gedir.

Bundan başqa, hazırda ƏDV təkcə ayrı-ayrı dövlətlər səviyyəsində deyil, həm də Avropa Birliyi səviyyəsində mühüm büdcə yaradan vergidir: Aİ-yə üzv olan hər bir ölkə öz yığımlarının 1,4%-ni ümumavropa büdcəsinə köçürməlidir. Vergi sistemində ƏDV-nin olması isə ölkənin Avropa İttifaqına daxil olması üçün vacib şərtdir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email