ƏDV nədir və bu vergi ilk dəfə nə vaxt, hansı ölkədə tətbiq olunub? (I hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV nədir, ƏDV qeydiyyatı, təkrar sığorta, Qeyri-rezident, Dövlət büdcəsinin gəlirləri, ƏDV-dən azad, ƏDV qeydiyyatının ləğvi, ƏDV ödənişi, ƏDV-nin qaytarılması mexanizmi, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğ

Fiskal tarix

Əlavə dəyər vergisi (ƏDV) – dünyada ən gənc vergilərdən biridir. Onun geniş tətbiqinə yalnız ötən əsrin 60-cı illərində başlanılıb. Onun kök saldığı yerdə hakimiyyət, bir qayda olaraq, dövlət büdcəsinin gəlirli hissəsini onsuz təsəvvür etmir və ƏDV-nin bir zərurət və büdcədən ötrü faydası olduğundan əmindirlər. Lakin ABŞ və Yaponiyada bu vergi olmadan da əla keçinə bilirlər. Deyirlər ki, prezidentliyi dövründə Bill Klinton bir dəfə ƏDV-nin tətbiqi məsələsini qaldırmağa risk edib. Amma dərhal cavabında soyuqqanlılıqla qarşılığını alıb: Amerikalı iqtisadçılar ona bildiriblər ki, ƏDV-nin fəaliyyət göstərdiyi ölkələrdə vergi yükü, ümumilikdə bu verginin tətbiq edilmədiyi dövlətlərin analoji göstəricisindən təxminən 40% çoxdur. Ola bilsin ki, məhz, bu səbəbdən Rusiyada ƏDV-nin satış vergisi ilə əvəz edilməsinin tərəfdarları var.

İlk “qaranquş”

İlk dəfə olaraq, ƏDV-nin universal dolayı vergi kimi tutulmasının mümkünlüyü barədə Birinci dünya müharibəsi başa çatdıqdan dərhal sonra Almaniyada danışmağa başlayıblar. Bununla bağlı danışıqların təşəbbüskarı kimi həmin dövrdə artıq nəhəng transmilli korporasiyaya çevrilməyə nail olan “Siemens” şirkətinin rəhbəri Vilhelm fon Simens çıxış edirdi. 1919-cu ilə qədər bu sənaye qrupu xaricdəki mülkiyyətinin böyük hissəsini itirmişdi. Xaricdə demək olar ki, bütün patent hüquqlarını əldən vermişdi və bütövlükdə öz kapitalının, demək olar ki, yarısına qədər ciddi maliyyə itkisi ilə üzləşmişdi. Almaniyanın digər müəssisələri də yaxşı vəziyyətdə deyildi – belə ki, ölkə böyük müharibəni uduzmuşdu və o cümlədən iqtisadi cəhətdən qaliblərdən asılı vəziyyətə düşmüşdü.

Vilhelm fon Simens iqtisadiyyatı stimullaşdırmaq üçün dövlət xəzinəsini əhəmiyyətli şəkildə doldura biləcək. Lakin bu zaman əsas ödəniş yükünün istehsalçıların deyil, son istehlakçıların çiyinlərinə düşəcək, Almaniyanın vergi sistemində islahatların aparılması və xüsusilə də yeni dolayı verginin tətbiq edilməsi təklifi ilə çıxış etmişdi. Bu məsələnin inkişafını fon Simensin qəfil ölümü ləngitdi və ƏDV barədə demək olar ki, yarım əsr ərzində heç kim danışmadı.

ƏDV ilə Avropa Birliyinə

Bu verginin tətbiq edilməsi ideyası artıq ikinci dünya müharibəsindən sonra Fransada bərpa olundu. 1954-cü ildə fransız iqtisadçı, Fransanın İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyinin vergilər və rüsumlar Müdirliyinin rəhbəri Moris Lore, sözügedən vergi ilə bağlı təklifləri ətraflı şəkildə hazırladı və ƏDV vergitutma sxemini hökumətə təklif etdi ki, ƏDV indiyə kimi həmin formada mövcud olmaqda davam edir.

Yeni verginin ortaya çıxması, elə də böyük bir sürpriz olmadı. Bundan əvvəl Fransa vergi sistemində iki təkamül sıçrayışı baş vermişdi. Belə ki, 1937-ci ildə ölkə dövriyyədən vergi tutulmasından vahid istehsal vergisinə keçib. 11 il sonra isə, 1948-ci ildə istehsalçılar aldıqları komplektləşdiricilərin qiymətinə daxil olan vergini çıxmaqla satış məbləğindən ümumi vergi ödəyəndə, ayrı-ayrı ödəniş sistemi tətbiq olunmuşdu. Bundan altı il sonra, 1954-cü ilə qədər artıq əvvəlki sxemləri əvəz etməli olan yeni vergi ideyası birdəfəlik rəsmiləşdirilmişdi.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email