ƏDV-nin əvəzləşdirilməsi tarixi necə müəyyən edilir?

posted in: Xəbər | 0
1 günə girovsuz və zaminsiz sürətli kredit

ƏDV Sualım ƏDV-nin əvəzləşdirilməsi ilə bağlıdır. Məsələn, 31.07.2023 tarixdə alınmış mal (iş, xidmət) üçün qarşı tərəfə ƏDV daxil 11.800 manat vəsait köçürülüb. Köçürülən əsas məbləğ (10.000 manat) bank tərəfindən 31.07.2023-cü il, 1.800 manat ƏDV məbləği isə 01.08.2023-cü il tarixdə icra olunub. Belə olan halda, 1.800 manat ƏDV məbləği hansı ay üzrə əvəzləşdirilməlidir, iyul yoxsa avqust?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 3.1-ci bəndinə əsasən, ödəniş tapşırığı ilə hesablaşma zamanı bank (emitent bank) ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) hesabına ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmasın. Bank hesabı müqaviləsində ödəniş tapşırığının müvafiq sahəsində köçürmənin konkret tarixinin göstərilməsi nəzərdə tutula bilər.

Qeyd olunanlara əsasən, ƏDV ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) əsas dəyərinin və ƏDV məbləğinin digər şəxsin müvafiq olaraq bank hesabına və ƏDV depozit hesabına ödənilməsini özündə əks etdirən bank tərəfindən qəbul edilən ödəmə tapşırığının banklar tərəfindən növbəti günlərdə icra edilməsindən asılı olmayaraq (əsas məbləğin alıcının bank hesabına, ƏDV məbləğinin isə depozit hesabına köçürülmə tarixindən asılı olmayaraq) vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV ödəniş tapşırığının banka verildiyi (qəbul edildiyi) ayın ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email