ƏDV-nin qaytarılması üçün bu sənədlər tələb edilir

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin qaytarılmasıƏDV-nin qaytarılması üçün vergi ödəyiciləri məlumat qoşmalarını təqdim etməlidirlər

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim olunmasını həyata keçirən şəxslərin 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ləğv edilib.

Bununla əlaqədar sahibkarlıq subyektlərinin tabeliyində qalan malların təqdim olunması zamanı ƏDV-nin malların satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanması məqsədilə həmin mallar barədə məlumatların təqdim edilməsinə ehtiyac yaranıb. Bu ehtiyacdan irəli gələrək sahibkarlar məlumat formasına əlavə olunmuş qoşmanı yanvarın 15-dək vergi orqanına təqdim etməlidirlər. Həmin qoşmalardakı məlumatları vergi ödəyicisi bir dəfə təqdim edir və məlumatlarda təqdim olunduğu tarixdən 3 iş günü müddətində düzəlişlər edilməsi mümkündür.


Bu vergi bəyannaməsinin formasına dəyişiklik edilib

Məlumat formasına əsasən, sahibkarın tabeliyində qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanacaq. Sahibkarların təqdim etdikləri məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab olunur. Həmin mallara münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq olunmur. Məlumat formasına əlavə edilmiş qoşmadakı məlumatlar elektron kargüzarlıq vasitəsilə elektron sənəd formasında təqdim olunmalıdır.

Mənbə: vergiler.az


Vergi ödəyiciləri bu ünvan üzrə uçota alınacaq

Telegram qrupumuza üzv olun
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *