Gələn il Azərbaycanda ƏDV üzrə büdcə daxilolmaları 13% artacaq

posted in: Vergi, Xəbər | 0

Gələn il Azərbaycanda ƏDV üzrə büdcə daxilolmaları 13% artacaq

ƏDV ödəyiciləri EDV2020-ci il üçün əlavə dəyər vergisi (ƏDV) üzrə ümumi proqnoz 4 735,0 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2019-cu ilin gözlənilən icrasına nisbətən 541 mln. manat və ya 12,9% çoxdur.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Nəzərdə tutulan proqnoz dövlət büdcəsinin gəlirlərinin 19,6%- i, dövlət büdcəsinin vergi gəlirlərinin isə 45,1%-i səviyyəsindədir.

Mühasibat xidmətləri

Qeyd edək ki, dövlət büdcəsinə təmin olunan əlavə dəyər vergisinin tərkibində vergi orqanlarının payının azalması, gömrük orqanlarının payının isə artması davam etməsi proqnozlaşdırılır. Belə ki, növbəti il üzrə proqnozun 42,9%-i Vergilər Nazirliyi, 57,1%-i isə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin payına düşəcək.

Mənbə: apa.az



error: Content is protected !!