“Ehtiyatların azalmasından gəlir” dedikdə nə nəzərdə tutulur?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Vergi Məcəlləsinin 99.2.4-cü maddəsində “ehtiyatların azalmasından gəlir” ifadəsinə misal verə bilərsinizmi?

Cavab: Bildiririk ki, sözügedən maddədə Vergi Məcəlləsinin 141-ci maddəsinə uyğun olaraq əvvəllər gəlirdən çıxılmış xərc, zərər və ya şübhəli borcun ödənilməsindən və əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləğindən əldə edilən gəlirlərin sahibkarlıq fəaliyyətindən gəlirlərə aid olması göstərilmişdir. Qeyd olunana misal olaraq, fərdi sahibkar tərəfindən digər müəssisəyə təqdim edilmiş mallar üzrə 3.000 manat şübhəli olan debitor borc məbləği ümidsiz borc kimi gəlirdən çıxılmışdır. Müəssisə tərəfindən həmin kreditor borc məbləği fərdi sahibkara ödənildikdə isə ödənilmiş həmin 3.000 manat məbləğ fiziki şəxsin sahibkarlıq fəaliyyətindən gəlirinə daxil edilməklə gəlir vergisinə cəlb edilir.

Bax: Vergi Məcələsinin 99.2.4-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *