Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlər hansılardır?

posted in: Xəbər | 0

əsas vəsaitlər, əsas vəsait, "daxildə emal" xüsusi gömrük proseduru,İşçinin əlavə iş yeri və ya qazancı (tənzimləmə, məhdudiyyət və imkanlar)

Məlum olduğu kimi mövcud qanunvericilik normaları dövlət qulluğu (həmçinin xüsusi dövlət qulluğu) sayılan iş yerləri istisna olmaqla, hər kəsin əsas və əlavə iş yerinin olmasına, o cümlədən iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmağa icazə verir. Dövlət qulluğu üzrə isə elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olaraq əlavə qazanc əldə etmək mümkündür.

Əlavə iş yeri olduğu zaman işçinin əmək kitabçasında bu barədə (çalışdığı yerin əsas və ya əlavə iş yeri olması) mütləq qeyd olmalıdır. Əlavə iş yeri barədə qeyd işçinin əmək müqaviləsinin şərtləri ilə də qadağan olunmamalıdır ki, bu işin yerinə yetirilməsi mümkün olsun. Onu da qeyd edək ki, iş vaxtında tələb edilsə də, iş vaxtından sonra əlavə iş yerində işləməyə görə işəgötürənin razılığı tələb edilmir.


Praktiki “Mühasibat kargüzarlığı” kursları


Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlərə aşağıdakıları da göstərmək mümkündür:

  • Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Göründüyü kimi bu şərt üzrə əsas tələb eyni əmək şəraitinin olmasıdır.
  • Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Bu şərtə görə isə qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır.
Əlavə iş yeri ilə bağlı bir mühüm məqam da ondan ibarətdir ki, əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxılarkən həm əsas, həm də əlavə iş yerində onun orta əməkhaqqının saxlanılmasıdır.

İşçinin vergi öhdəliklərinə gəldikdə, qeyd etmək mümkündür ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad olduğu halda bu şərt əlavə iş yerinə şamil edilmir.


ƏDV əvəzləşdirilməsi nə vaxt həyata keçirilməlidir?


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *