Elektron ticarət zamanı bank tərəfindən tutulan ƏDV-ni əvəzləşdirmək mümkündür?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV-ni əvəzləşdirməkElektron ticarət zamanı ƏDV əvəzləşməsi


Sual: Paypal vastəsi ilə ödəniş edilən zaman 18% ƏDV bank tərəfindən tutulubsa geri qaytarmaq mümkündü? Pul kisəsi deyil, ödəniş vastəsidi. Malların alınması ilə bağlı pul köçürülüb.

Cavab: Bildiririk ki, virtual ticarət meydanlarından, o cümlədən də www.ebay.com saytından malların elektron ticarət qaydasında satışının ƏDV-yə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Eyni zamanda bildiririk ki, Paypal, Alipay kimi qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya “Azərpoçt” MMC tərəfindən ödənişin aparılmasına görə tətbiq olunan ödəmə mənbəyində verginin dərəcəsi 10 faiz təşkil edir.

Bank tərəfindən tutulan əlavə məbləğlər və artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 125.1-1-ci maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email