Əməkhaqqı təlimi

posted in: Xəbər | 0
birbank biznes

əməkhaqqı təlimi“Azərbaycan Mühasiblər Məktəbi” sizi “Əməkhaqqı təlimi”nə qoşulmağa dəvət edir.

Təlimin ümumi müddəti: 15 saat

Təlimdə əhatə ediləcək mövzular:

I dərs. Əməkhaqqı haqqında ümumi anlayışlar

  • İstehsalat təqvimi;
  • Adi və cəmlənmiş uçot, növbəli iş rejimləri, iş günləri və iş saatlarının uçotu;
  • Dövlət və neft sektorunda əməkhaqqı hesablamaları;
  • Qeyri-dövlət və qeyri-neft sektorunda əməkhaqqı hesablamaları;
  • Əməkhaqqı fonduna daxil olmayan ödənişlər (ezamiyyə hesablama qaydaları);
  • Orta əməkhaqqı saxlanılan hallar (təhsil məzuniyyəti, ezamiyyə və s.) və orta əməkhaqqı hesablanma qaydaları.

II dərs. Məzuniyyət hesablanması

  • Məzuniyyət və onun növləri;
  • Əmək, təhsil məzuniyyəti, kollektiv müqavilələrdə nəzərdə tutulan digər ödənişli məzuniyyətlər barədə məlumat;
  • Məzuniyyətlərin hesablanması qaydaları;
  • Məzuniyyətlər hesablanması zamanı nəzərə alınan gəlirlər;
  • Məzuniyyətlər hesablanması zamanı nəzərə alınmayan gəlirlər;
  • Məzuniyyətə görə kompensasiya hesablanması zamanı nəzərə alınmalı məqamlar;
  • Azərbaycan Respublikası nazirlər kabinetinin 137 nömrəli qərarı;
  • Azərbaycan Respublikası nazirlər kabinetinin 126 nömrəli qərarı.

III dərs. Müavinətlərin hesablanması

  • Müavinətlər və onların növləri;
  • Hamiləliyə və doğuma görə müavinətin hesablanması;
  • Qismən ödənişli məzuniyyətlər;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin hesablanması qaydaları;
  • Müavinətlər hesablanan zaman nəzərə alınan gəlirlər;
  • Müavinətlər hesablanan zaman əlavə iş yerindəki gəlirin nəzərə alınması qaydaları;
  • Müavinətlər hesablanan zaman mükafatların nəzərə alınması qaydaları;
  • Azərbaycan respublikası Nazirlər Kabinetinin 189 nömrəli qərarı;
  • Xəstəlik vərəqələrinin doldurulmasi qaydaları (xəstəlik vərəqələri üzərində misallarla izahı);
  • Digər birdəfəlik müavinətlərin hesablanması qaydaları.

IV dərs. Əməkhaqqıdan tutulmalar

  • Gəlir vergisi;
  • Gəlir vergisi üzrə azadolma və güzəştlər;
  • MDSS üzrə tutulmalar və azadolmalar;
  • İşsizlikdən sığorta haqqından tutulmalar və azadolmalar;
  • İcbari tibbi sığorta haqqından tutulmalar və azadolmalar;
  • Həyat yaşam sığortasına ayırmalar zamanı tutulmaların tənzimlənməsi.

V dərs. Əməkhaqqı hesablamaları üzrə müxabirləşmələr

  • Əməkhaqqı hesablanma cədvəli üzrə müxabirləşmələrin verilməsi;
  • Əməkhaqqından tutulmalar üzrə müxabirləşmələri verilməsi;
  • Ezamiyyə xərcləri üzrə müxabirləşmələrin verilməsi;
  • Əməkhaqqı ödənilməsi üzrə müxabirləşmələrin verilməsi.

Proqramı yükləyin: Əməkhaqqı təlimi


Əlaqə:


Ünvan: Caspian Plaza


Print Friendly, PDF & Email