Dünyanın ən nəhəng auditor şirkəti necə yarandı?? (1-ci hissə)

posted in: Audit, Məqalə, Xəbər | 0
birbank biznes

auditor1-ci hissə

Arthur Young və onun 500 dolları

XIX əsrin sonlarında Böyük Britaniyada ən peşəkar mühasiblər şotland kolleclərinin məzunları hesab olunurdular. Ümumi rəyə görə, ingilis biznes-məktəblərini qurtaranlar yalnız usta işləməyə qadir idilər, baxmayaraq ki, maliyyə əməliyyatlarının miqyasına görə İngiltərə dəfələrlə Şotlandiyanı üstələyirdi. İngilis şirkətləri amerikan uçot sisteminin xüsusiyyətlərini yerində öyrənmək və eyni zamanda ingilis sərmayələrini yatırmaqdan ötrü vəziyyəti araşdırmaq üçün ABŞ-a, məhz, şotlandları göndərirdilər.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

1890-cı ildə New-York-a gələn bu cür mütəxəssislərdən biri də Arthur Young oldu. O, Glasgow universitetini bitirmişdi və ali təhsilini başa vurduqdan sonra Glasgow-da daşınmaz əmlak sövdələşmələrinin uçotu ilə məşğul olan etibarlı hüquq şirkətlərindən birində işləyirdi. Rəhbərliyin böyük ümidlər bəslədiyi bu mütəxəssis karyerasında irəliləyişlər gözlədiyi anda Young-da eşitmə qabiliyyəti ilə bağlı irsi xəstəlik özünü büruzə verməyə başlayır. Bu cür xəstəliklə Avropada karyerada irəliləməyin mümkün olmayacağını anlayan Arthur Young, dərhal J. Kennedy Tod & Co. Beynəlxalq maliyyə şirkətinin  işlə bağlı təklifini qəbul etdi və ABŞ-a köçdü.

Dörd il həmin şirkətdə çalışan Young, bir qədər düşündükdən sonra şəxsi biznes sahəsini açmaq qərarına gəldi. 1894-cü ildə 30 yaşı tamam olan AArthur Young Stuart adlı şəxslə birlikdə Stuart & Young adlandırdıqları şəxsi mühasibat şirkəti qurur və ora nizamnamə kapitalı kimi 500 dollar vəsait yatırır. Partnyorlar mühasibat, auditor, agent xidmətləri göstərir və investisiyalar üzrə məsləhətlər verirdilər. Onlar 12 il birlikdə işləyirlər. Bizneslərinin sonrakı inkişafı ilə bağlı şəriklər arasında tez-tez fikir müxtəliflikləri ortaya çıxırdı. Son dəfə yaranan belə bir mübahisə zamanı Young şərikinə ayrılmağı təklif edir. Stuart & Young şirkəti ləğv edilir və 1906-cı ildə Arthur qardaşı Stanley ilə birlikdə Arthur Young  & Company şirkətinin əsasını qoyur.

Məqalənin davamı növbəti hissələrdə paylaşılacaq.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email