Dünyanın ən nəhəng auditor şirkəti necə yarandı?? (2-ci hissə)

posted in: Audit, Məqalə, Xəbər | 0
birbank biznes
auditor Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

II hissə

Elvin Ernst və onun 300 dolları

Bir qədər bundan əvvəl isə Klivlenddə Ernst  & Ernst Public Accounting Firm kiçik auditor şirkəti fəaliyyətə başlamışdı. Həmin şirkəti Elvin və Theodor Ernst qardaşları təsis etmişdilər. Onların atası Almaniyadan olan bir dərzi idi. ABŞ-da bu ailədə üç uşaq doğulmuşdu ki, onlardan da böyüyü Theodor idi. Atası məhz, Theodorun yaxşı təhsil almasına çalışırdı. Yeri, gəlmişkən, Elvin paxıl uşaq deyildi, sadəcə o erkən yaşlarından dərk etməyə başlamışdı ki, hər şeydən öncə insan yalnız özünə güvənməlidir. 1899-cu ildə Klivlend universitetini bitirdikdən sonra o, Twist Drill şirkətində işləməyə başlayır və şirkətdə cari ödənişlər və hesablaşmalara məsuliyyət daşıyır, eləcə də müstəqil olmayan auditorlarla əlaqələr qururdu. Onların işləri Ernst’də böyük maraq doğururdu və bir il sonra o, auditor şirkətinə işə düzəlir, eyni zamanda ixtisasını artırmaqdan ötrü yerli biznes-kollecinin axşam kurslarına yazılır. İki il sonra Elvin Ernst artıq baş klerk (baş kontor işçisi) kimi çalışmağa başlayıb.

Mühasibat elminin incəliklərinə və istehsalda idarəetmənin qanunauyğunluqlarına dərindən yiyələnən Ernst, mühasibat kitablarının  şirkətlərin fəaliyyətini təsvir edən sadəcə rəqəmlər olmadığına əmin olmağa başlayır. Bu məlumatların istehsal proseslərinin təkmilləşdirilməsinə imkan verən, idarəetmə ilə bağlı mühüm qərarlar qəbul etməkdən ötrü vacib alətlər olduğu qənaətinə gəlir. O, bu sahədə etdiyi yenilikləri öz rəhbərliyi ilə bölüşmür və Elvin 21 yaşında ikən sərbəst şəkildə öz işini qurmaq qərarına gəlir.

Böyük qardaşı Theodor bu ideyanı elə də böyük coşqunluqla qarşılamır. Amma, buna baxmayaraq, hər halda həmin ideyanı sınamağın heç də pis olmayacağı qənaətinə gəlir. Elə bu səbəbdən də o, Elvinin 300 dollarına özünün 200 dollarını da əlavə edir və beləliklə, 1903-cü ilin iyununda Ernst & Ernst şirkəti fəaliyyətə başlayır. İyulun 1-də qardaşlar ayı 40 dollara icarəyə götürdükləri yeni, elə də böyük olmayan ofisə köçürək fəaliyyətə başlayırlar. 1904-cü ilin axırlarında şirkətin kapitalı artıq 9831 dollara yüksəlir. Elvinin illik gəliri 2071, qardaşı Theodorun isə 1761 dollar təşkil edir. Amma, bu biznesin uğurluluğuna inanmayan böyük qardaş 1906-cı ildə daha etibarlı sahə ilə məşğul olmaq qərarına gəlir və qardaşından öz payını tələb edir. Həmin vaxt şirkətin kapitalı 34,3 min dollara yüksəlmişdi ki, bunun da beşdə iki hissəsi Theodorun payı idi. Elvin qardaşının tələbini yerinə yetirir və şirkətin tək sahibi olaraq qalır.

Məqalənin davamı növbəti hissələrdə paylaşılacaq.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email