Ən səs-küylü maliyyə qalmaqalları (4-cü hissə)

posted in: Maliyyə, Məqalə, Xəbər | 0
birbank biznes

maliyyəParmalat-ın iflası

2003-cü ildə italyan süd məhsulları nəhənginin rəhbərliyində  yerdəyişmə baş verdi. Maliyyə direktoru vəzifəsinə Alberto Ferraris təyinat aldı. Bir qədər sonra Ferraris aşkar etdi ki, belə yüksək vəzifə tutmasına baxmayaraq, onun maliyyə hesabatlarının bir hissəsinə çıxışı yoxdur.

Elə bu hadisədən sonra zəncirvari hadisələr baş verdi ki, nəticədə icraçı direktor Kalisto Tansi istefa verməli oldu. O vaxtkı baş nazir Silvio Berluskonin qərarı əsasında aparılan istintaq işləri sonda Parmalat şirkətini iflasına gətirib çıxardı. Aydın oldu ki, Kayman adalarında olan saxta şirkətlərin yardımı ilə korporasiya öz zərərlərinin və borclarının əhəmiyyətli hissəsini gizlədirmiş.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Şirkətin gizlətdiyi “mənfi” məbləğ 14 milyard avro dəyərində qiymətləndirilir. Bunu korporasiya ilə əməkdaşlıq edən banklardan əldə edilən məlumatlar da təsdiq edir. Nəticədə Parmalat-ın iflası Avropa tarixində ən nəhəng iflas hesab edilir. Bu pozuntulara rəvac verən Tansi isə 19 il müddətinə həbs cəzası alır.

Göründüyü kimi,  hesabatdakı bu “dəliklərdən” hətta ən nəhəhg şirkətlər belə zərər çəkə bilər ki, bu həm bilərəkdən, şüurlu şəkildə dələduzluq etmək yolu ilə və ya işə səthi yanaşma üzündən də baş verə bilər. Biz hələ orta və kiçik biznes sahəsini demirik. O səbəbdən də hər hansı bir biznes zamanı mühasibat uçotunun aparılmasına olduqca diqqətli yanaşmaq lazımdır.

Mühasibatlıq nəyə lazımdır? Bütün sadalanan maxinasiyalardan sonra da bu sual adi görünə bilər. Amma, reallığa gəldikdə, bu elə də asan sual deyil. Hesab olunur ki, mühasibatlıq təsərrüfat fəaliyyətini şəffaf edir, biznes-proseslər barədə daha səhih və struktur məlumatlar əldə etməyə imkan yaradır. Bundan əlavə, oğurluq və saxtakarlıq hallarının sayı azalır. Ən azından, nəzəri cəhətdən bu deyildiyi kimi baş verməlidir. Amma, təcrübədə heç də belə olmadığını sübut edən çoxsaylı faktlar var ki, orada mühasiblər çox “uğurla” zərərləri gizlədir, rəhbərliyin maxinasiyalarını ört-basdır edir, korporativ hesablardan böyük məbləğdə pul vəsaitlərini oğurlayırlar.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email