birbank biznes

Əsas vergi nəzəriyyələri

Vergi nəzəriyyəsi vergilərin mahiyyəti, cəmiyyətin iqtisadi və sosial-siyasi həyatında yeri, rolu və əhəmiyyəti haqqında elmi biliklər sistemidir. Tam təlim kimi  17-ci əsrdən etibarən formalaşmağa başlayan vergi nəzəriyyələri müxtəlif səviyyəli dövlət vergi sistemlərinin qurulması üçün model tolunu oynayır. Vergi nəzəriyyələri ümumi və xüsusi kimi iki qrupa ayrılır. Belə qruplaşmanı mahiyyəti haqqında buradan oxuya bilırsiniz.

Ümumi vergi nəzəriyyələri ümumilikdə vergitutmanın məqsədini əks etdirir. Həmin nəzəriyyələrə aşağıdakılar nümunə göstərə bilərik:

  • mübadilə nəzəriyyəsi;
  • atomistik nəzəriyyə;
  • zövq nəzəriyyəsi;
  • sığorta mükafatı nəzəriyyəsi;
  • klassik nəzəriyyə;
  • qurban nəzəriyyəsi və kollektiv tələbat nəzəriyyələri;
  • keyns nəzəriyyəsi;
  • monetarizm vergi nəzəriyyəsi;
  • təklif iqtisadiyyatı nəzəriyyəsi.

Kompensasiya ideyasına əsaslanan nəzəriyyələr

Mübadilə nəzəriyyəsinin əsasını vətəndaşların dövlətdən xarici hücumlardan qorunmaq, asayişin mühafizəsi kimi xidmətlərin vergilər vasitəsi ilə alınması ideyası təşkil edir. Bu nəzəriyə orta əsrlər sisteminin şərtlərinı uyğun idi.

Atomistik nəzəriyyə XVI əsrin sonu XVII əsrin əvvəlində mübadilə nəzəriyyəsinin bazasında meydana çıxıb. Bu nəzəriyyəyə görə vergi vətəndaşlarla dövlət arasında bağlanmış müqavilənin nəticəsidir. Müqavilə əsasında dövlətin təbəələri müdafiə, mühafizə və digər xidmətlərə görə dövlətə vergi formasında müəyyən məbləğ ödəyir. Heç kim nə vergilərdən, nə də dövlətin göstərilən xidmətlərdən imtina edə bilməz. Belə mübadilə faydalıdır, çünki ən bacarıqsız hökumətin müdafiə xərcləri, hər kəsin özünü müdafiə xərclərindən daha ucuzdur, dövlət vətəndaşı daha yaxşı qoruyur.

İsveçrəli iqtisadçı J.Simond de Sismondi (1773-1842) XIX əsrin birinci yarısında irəli sürdüyü zövq nəzəriyyəsinə görə vergilər vətəndaşın cəmiyyətdən aldığı zövqə görə ödədiyi dəyərdir. Vergilərin köməyi ilə vətəndaş ictimai asayiş, ədalətli məhkəmə sistemi, özünün və əmlakının təhlükəsizliyi kimi dəyərlərdən bəhrələnir.

Həmin dövrdə fransız dövlət xadimi Adolf Tyer (1797-1877) və habelə ingilis iqtisadçısı Con Makkulok (1789-1864) tərəfindən müdafiə olunan sığorta mükafatı vergi nəzəriyyəsi formalaşdı. Onların fikrincə, vergilər vətəndaşların öz əmlaklarını hər hansı riskdən (müharibədən, yanğından, oğurluqdan və s.) qorumaq üçün əldə etdikləri gəlirin məbləğindən asılı olaraq dövlətə ödədiyi sığorta ödənişidir. Lakin   vergilər sığorta hadisəsi baş verdikdə kompensasiya almaq üçün deyil, əksinə, müdafiə və hüquq-mühafizə orqanlarına dövlət xərclərini maliyyələşdirmək üçün ödənilir.

Əslində, yuxarıda baxılan vergi nəzəriyyələri dövlət və vergi ödəyicisi arasında kompensasiya ideyasını müxtəlif formalarda təcəssümüdür, yəni vergi ödəyicisi öz əmlakının bir hissəsini dövlətə bağışlamaqla   müəyyən üstünlüklər əldə edir.

Klassik əsaslı vergi nəzəriyyələri

Vergi nəzəriyyəsinin inkişafında klassik siyasi iqtisadın nümayəndələri A.Smit və D.Rikardo xüsusi rol oynayıb. Əsas vergitutmanın prinsipləri ilk ilk dəfə A.Smit tərəfindən təklif edilib. Buradan klassik vergi nəzəriyyəsinin baza prinsipləri ilə tanış ola bilərsiniz.

Mahiyyətcə oxşar olan növbəti iki nəzəriyyələrə (qurban nəzəriyyəsi və kollektiv tələbat nəzəriyyəsi) görə vergilər dövlət quruluşunun mahiyyətindən yaranan məcburi öhdəlikdir.

1929-1935-ci illəri əhatə Böyük Böhran azad rəqabət şəraitində bütün mövcud idarəetmə sisteminin böhranının başlanğıcı oldu. Buna reaksiya olaraq iqtisadiyyat elmində yeni bir nəzəriyyə C. M. Keynsin nəzəriyyəsi meydana çıxdı.

1945-1970-ci illərdə kapitalist dünyasında dünya iqtisadiyyatını və onun problemlərini əsaslı surətdə fərqli səviyyəyə gətirən hadisələr baş verdi. Elmi-texniki tərəqqi, iqtisadiyyatın qloballaşması, eyni zamanda struktur, ekoloji və enerji böhranlarının birləşməsi – bütün bunlar dövlətin iqtisadiyyata təsir üsullarının yenidən nəzərdən keçirilməsi zərurəti yaratdı.

Neoklassik nəzəriyyədə iki istiqamət geniş şəkildə inkişaf etməyə başladı: monetarizm təklif iqtisadiyyatı nəzəriyyəsi.

Xüsusi vergi nəzəriyyələri vergitutmanın müəyyən məsələləri üzrə tədqiqatlardır, bu nəzəriyyələr vergilərin hansı növlərinin müəyyən edilməli olduğunu, onların keyfiyyət tərkibinin necə olması lazım olduğunu və s. əsaslandırır. Xüsusi vergi nəzəriyyələrinə bunları nümunə göstərə bilərik:

  • birbaşa və dölayı vergilər arasındakı əlaqə nəzəriyyəsi;
  • vahid vergi nəzəriyyəsi;
  • mütənasib vergitutma nəzəriyyəsi;
  • mütərəqqi vergitutma nəzəriyyəsi;
  • vergi dəyişikliyi nəzəriyyəsi.

Xüsusi vergi nəzəriyyələri haqqında geniş danışmadan bir məsələni qeyd edək.  Tədqiqatına 17-ci əsrdə başlanmış vergilərin köçürülməsi problemi “vergitutma subyekti” və “vergi daşıyıcısı” anlayışları ilə bağlıdır. Mübadilə və bölüşdürmə prosesləri vasitəsilə qanuni vergi ödəyicisi vergi yükünü başqa şəxsə – verginin əsas hissəsini daşıyacaq vergi daşıyıcısına keçirə bilir. Vergi sisteminin formalaşmasında verginin real həcminin müəyyən edilməsi ən mühüm vəzifələrdən biridir.


Print Friendly, PDF & Email