Ezamiyyə normalarına hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli 200 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərarına əsasən, ezamiyyə xərclərinin normalarına dəyişiklik edilərək əvvəl müəyyən edilmiş normalar artırılıb.

Yeniliyi əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir. 

Ezamiyyə normalarına son dəyişiklik 20 iyun 2018-ci il tarixdə edilib. Belə ki, Bakı şəhəri üzrə müəyyən olunmuş norma 65,0 manatdan 90,0 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinə 50,0 manatdan 70,0 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərə isə 45,0 manatdan 65,0 manata artırılıb.

Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli 200 nömrəli Qərarı ilə ezamiyyə normaları artırılaraq aşağıdakı kimi müəyyən olunub:
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması

Biznes hesabi

Bakı şəhərində – 125 manat;

Naxçıvan şəhərinə – 100 manat;

Gəncə və Sumqayıt şəhərlərində – 95 manat;

Digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə – 90 manat məbləğində müəyyən edilib.

Bu Qərara əsasən, eyni zamanda, Naxçıvan şəhərinə ezamiyyə norması ayrıca müəyyən olunub. Dəyişikliyə qədər, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində ezamiyyə xərclərinin 1 günlük norması 70 manat olaraq müəyyən edilib.

Edilmiş dəyişikliklərdən biri də müvafiq Qərarla Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş birgünlük normasının mehmanxana xərcləri təşkil edən hissəsinin 80 faizdən 70 faizə endirilməsidir.

Həmçinin, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün ödənilən 15 manat əlavə vəsait artırılaraq 20 manat həddində müəyyən olunub.

Son Qərarala edilən dəyişikliklərdən digəri xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları ilə bağlıdır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları da artırılıb.

Mənbə: vergiler.az

Ehtiyatların mümkün xalis satış dəyəri ilə qiymətləndirilməsi