Mümkün xalis satış dəyəri

posted in: Xəbər | 0

Ehtiyatların qiymətləndirilməsi üsulları

2 saylı mühasibat uçotunun beynəlxalq standartına (IAS) 2  görə ehtiyatlar mövcud olan iki dəyərdən ən aşağı dəyərlə qiymətləndirilir. Mövcud olan dəyərlər dedikdə bunlar nəzərdə tutulur.

  • ilkin dəyər;
  • mümkün xalis satış dəyəri.

Ehtiyatların ilkin dəyəri zamanı onların əldə edilməsi, istehsalı yaxud emalı, hazırki vəziyyətə və yerləşdiyi əraziyə gətirilməsinə çəkilən digər məsrəflər nəzərə alınır.

Ehtiyatların mümkün xalis satış dəyəri ilə qiymətləndirilməsi

Ehtiyatları mümkün xalis satış dəyəri ilə uçota alarkən belə dəyərləndirməyə əsas verən konkret hal nəzərə alınmalı və buna əsasən:

  • ya ümumiyyətlə həmin qrup ehtiyat tam şəkildə;
  • ya da bu və ya digər konkret ehtiyat mümkün xalis satış dəyəri ilə dəyərləndirilməlidir.
Məsələn: Müəssisə kamera və radioların satışı ilə məşğul olurdu. Amma, müəyyən hallar baş vermişdi: radiolara tələbat azalmış, kameralın bəzilərində isə defekt meydana çıxmışdır. Belə ki, üç ədəd kameranın qabında nöqsan aşkar edilmişdir və buna görə də, həmin kameraların mümkün satış dəyəri aşağı olacaqdır.

Belə olan halda, kameraların dəyərini müəyyən edərkən, yalnız nöqsanlı üç kameranın dəyəri daha aşağı qiymətlə ayrıca müəyyən edilməlidir.

Radiolara baş verənlərə gəldikdə isə, tələbatın aşağı düşməsi faktoru bu ehtiyatların hər hansı ayrıca maddəsinə deyil, ümumilikdə bütün bu ehtiyatlar qrupuna təsir edir. Belə olan halda, radioların hər birini ayrıca deyil, bütün radio aparatını qrup şəklində yenidən qiymətləndirmək lazımdır.

Dəbdən düşən ehtiyatların qiymətləndirilməsi

Mümkün xalis satış dəyəri heç də yalnız mallarda, hazır məhsullarda deffekt, zədə yarananda deyil, eləcə də onlar dəbdən düşəndə istifadə edilir.

Məsələn: Məsələn, “Araz” şirkəti avtomobillərin alqı-satqısı ilə məşğuldur. Şirkət bir il əvvəl 10 000 manat məbləğinə avtomobil almışdır. Hal-hazırda isə bu avtomobilin bazar qiyməti 7500 manat təşkil edir və şirkət bazarda avtomobili bundan yuxarı qiymətə satmaq istəsə belə, onu alan olmayacaq.

Beləliklə, avtomobilin iki dəyəri mövcuddur: 10 000 manat məbləğində ilkin dəyəri və 7500 manat məbləğində mümkün xalis satış dəyəri.

Standartlara uyğun olaraq, ehtiyatların tərkibinə daxil olan avtomobili qiymətləndirərkən, onun ilkin dəyəri və mümkün xalis satış dəyərindən ən kiçiyi, yəni 7500 manat götürülməlidir.

Mümkün xalis satış dəyərin yüksək olduğu halda qiymətləndirmə

Bəzi hallarda, ehtiyatlar kimi uçota alınmış xammalın dəyərinin qiymətləndirilməsi zamanı onun mümkün xalis satış dəyəri ilkin dəyərindən yüksək olduğu aşkar ola bilər. Bu halda xammalın qiymətləndirilmə üsulunun seçilməsi, bu xammaldan (xammallardan)  istehsal ediləcək hazır məhsulun xalis satış dəyərindən asılıdır.

Əgər hazır məhsulun mümkün xalis satış dəyəri onun ilkin dəyərindən yüksək olduqda, müvafiq xammal da mümkün xalis satış dəyəri ilə deyil, ilkin dəyərlə qiymətləndirilməlidir. Əks halda isə hazır məhsulun hazırlandığı xammal ilkin dəyəri ilə deyil, mümkün xalis satış dəyəri ilə qiymətləndirilməlidir.

Məsələn: ”ABC” MMC kompüterlər istehsal edir. Hər hazır kompüterin ümumi ilkin dəyəri 550 manat, satış dəyəri isə 600 manatdır.

31.12.2006-cı il tarixə bu şirkətin anbarında kompüterlərin istehsalında istifadə olunan 200 ədəd silikon çip vardır. Onların hər biri üçün alış vaxtı 250 manat ödənilib. Amma qeyd edilən tarixə bazarda bu çiplərin xalis satış dəyəri 150 manat təşkil edir. Şirkət ehtiyat kimi uçota aldığı həmin çipləri hansı dəyərlə, 250 manat yaxud 150 manat, qiymətləndirməlidir?

Hazır məhsulun mümkün xalis satış dəyərinin (bizim nümunədə kompüterin satış dəyərinin) 600 manat olaraq qaldığını, ən azı ilkin dəyəri olan 550 manatdan yuxarı olduğunu nəzərə alsaq, çiplər ilkin dəyərlə (bir ədədinin qiyməti 250 manat, ümumiyyətlə isə 50000 manat) qiymətləndirilməlidirlər.

Əgər kompüter çiplərinin qiymətinin aşağı düşməsi səbəbindən kompüterlərin mümkün xalis satış dəyəri də aşağı düşərək 500 manat təşkil edərsə, ehtiyatda olan çiplər hərəsi 150 manat, ümumiyyətlə isə 30 000 manata qiymətləndirilməlidirlər.

Əgər kompüter çiplərinin qiymətinin aşağı düşməsi səbəbindən kompüterlərin mümkün xalis satış dəyəri də aşağı düşərək 500 manat təşkil edərsə, ehtiyatda olan çiplər hərəsi 150 manat, ümumiyyətlə isə 30 000 manata qiymətləndirilməlidirlər.

Əvvəlki dövrlərdə ehtiyatların ilkin dəyərindən aşağı olan hər hansı dəyərə qədər silinməsi hallarını yaratmış səbəblər artıq mövcud olmadıqda və ya iqtisadi vəziyyətin dəyişməsi səbəbindən mümkün xalis satış dəyərinin artmasına dair açıq-aydın dəlil mövcud olduqda, silinmiş məbləğ ehtiyatların yeni balans dəyərini ilkin dəyər və yenidən qiymətləndirilmiş mümkün xalis satış dəyərindən daha az olan dəyərə uyğunlaşdırılmaqla bərpa olunur.

Məsələn: Məsələn, “ABC” MMC-nin anbarında bir kiloqramı 200 manatdan alınmış 50 kq mis məftil var. Məftilin 30.09.2015-ci il tarixdə 10 000 manata alınıb. Amma bazarda mis məftilin bir kiloqramının qiyməti 31.12.2015-ci il tarixə 150 manatadək düşür. Nəticədə bu ehtiyatın mümkün xalis satış dəyəri 7500 (50*150) manat olacaq. Hələ də istifadə edilmədən müəssisənin anbarında qalan mis məftilin 31.12.2016-cı il tarixində bir kiloqramının bazar qiyməti 250 manata qalxır.

Bu halda əvvəllər silinmiş məbləğ bərpa edilməli, ilkin dəyər və mümkün xalis satış dəyərinə əsaslanan yeni qiymətləndirmə aparılmalıdır. Mümkün xalis satış dəyəri artdığından, ehtiyatların silinmiş dəyərinin hər hansı bərpa məbləği ehtiyatların dəyərinin bərpası dövründə xərc kimi tanınmış miqdarının azalması kimi tanınmalıdır (IAS2:34).

Yuxarıdakı nümunəyə bir daha diqqət edək. Həmin nümunədə 01.01.2016-cı il tarixinə ehtiyatların dəyəri 7500 manatdır. 2016-cı il ərzində bazarda misin qiyməti artdığı üçün 2015-ci ildə silinən məbləğin artıq bərpa edilməlidir. Beləliklə, ehtiyatın balans dəyəri kimi indi onun ilkin dəyəri istifadə edilir.

Lakin, 31.12.2016-cı ilin sonuna İlkin dəyər 200 manatdan da artıq qalxaraq 250 manat oldu deyə biz 250 manat götürə bilmərik. Çünki demişdik ki, ən aşağı olanı götürməliyik.

Beləliklə, bu əməliyyat mühasibat uçotu kitablarında aşağıdakı kimi qeydə alınmalıdır:

            Dt (201)     2500                                       Kt (701)   2500

 

Faktorinq şirkətinin gəlirləri üzrə ƏDV öhdəliyi yaranırmı?

Print Friendly, PDF & Email